Lukaşenko özünü saxlaya bilmədi: Ölkəni görün nəyə çeviriblər

11-09-2026, 09:24           
Lukaşenko özünü saxlaya bilmədi:
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qumar oyunlarının reklamlarının geniş yayılmasından narazılığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, qumar oyunlarının reklamlarının artması səbəbindən ölkənin kazinoya çevrildiyini deyib.

Prezident əmurları bu sahədə qayda yaratmağa çağırıb.

“Ölkədə nə baş verir? Hamı qumar oynayır. Ölkəmiz kazinoya çevrilib”, – deyə Lukaşenko vurğulayıb.

Belarus lideri vəziyyətin hətta ailəsinə də təsir etdiyini diqqətə çatdırıb.

“Ailəm hər gün məni bu məsələ ilə bağlı tənqid edir. Ölkədə baş verənlərə diqqət yetirməyim üçün mənə təzyiq göstərirlər”, – deyə Lukaşenko bildirib.

Prezident məmurlara internetdə yayılan kazino reklamlarını yoxlamağı və onların geniş yayılmasına diqqət yetirməyi tapşırıb.

O, həmçinin ölkənin qumar sənayesində qayda-qanun yaradılması barədə göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]