Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!

10-09-2026, 11:44           
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
Taliban hökuməti Əfqanıstanda 2021-ci ildə əvvəlki hökumətin süqutundan sonra qalmış ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması ilə bağlı Prezident Donald Trampın tələbini yenidən rədd edib.

Axar.az xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxi açıqlayıb.

O qeyd edib ki, sözügedən texnika və silahlar artıq Əfqanıstan dövlətinin mülkiyyətidir və bu barədə hər hansı sövdələşmələr aparılmır.

Bəlxi ABŞ-ın Əfqanıstanda apardığı müharibəni xatırladaraq, Vaşinqtonun ölkəyə vurduğu zərərə görə əvvəlcə özü “haqq-hesab verməli” olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən əvvəlki Əfqanıstan ordusunun sərəncamında ABŞ-ın maliyyəsi ilə alınmış təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silahların qaytarılmasını dəfələrlə tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]