Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO

9-09-2026, 10:39           
Tarixi sənəd “İran” adını alt-üst etdi:
1716-cı ildə alman kartoqrafı İohann Baptist Homan tərəfindən hazırlanmış xəritədə Səfəvi dövlətinin ərazisinin “Qızılbaşlar” adı ilə göstərilib.

Musavat.com xəbər verir ki, bu barədə “Milli Kimlik” səhifəsində paylaşım edilib.

Bildirilib ki, sözügedən xəritə qızılbaş tayfalarının mühüm rol oynadığı Azərbaycan Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir.

Mənbənin məlumatına görə, sonralar “qızılbaşlar” anlayışı etnik mənsubiyyətindən asılı olmayaraq, Qızılbaşlar dövlətinin bütün təbəələrinə münasibətdə də işlədilib.

Homanın 1716-cı il xəritəsində bu imperiyanın ərazisinin “Qızılbaşlar” kimi qeyd olunması Qərbdə də dövlətin və onun sakinlərinin Qızılbaşlar dövləti və qızılbaşlar kimi tanındığını göstərən nümunə olaraq təqdim edilir.

Buna başqa bir nümunə kimi A.K. Tolstoyun “Knyaz Serebryanıy” əsərindən parça göstərilir. Əsərdə Çar İvan Qroznının (1530–1584) dilindən belə deyilir:

“...Bəs mənim xəzinəmi gəmilərdən oğurlayan, Moskvaya gedən qızılbaş elçilərimi yolda qarət edən kim idi?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]