Ermənistanı Rusiyanın təsir dairəsindən çıxardmaq istəyən Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?

9-09-2026, 08:24           
Ermənistanı Rusiyanın təsir dairəsindən çıxardmaq istəyən Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?
Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri normal adlandırıb. Bunun səbəbi sadədir. “Rossotrudniçestvo” Ermənistanın iki şəhəri - Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib. Halbuki, reallıq fərqlidir. “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir. Azərbaycan da daxil olmaqla bir sıra ölkədə “Rus evi”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı müxtəlif ölkələrdə əlavə olaraq 11 “Rus evi” açmağı planlaşdırıb. Görəsən Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan baş nazir Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]