Kuba ABŞ ilə əlaqələrini davam etdirmək niyyətindədir
8-09-2026, 12:24
Kuba ABŞ hökuməti ilə danışıqlarda hər hansı irəliləyiş əldə olunmamasına baxmayaraq, əlaqələri davam etdirmək niyyətindədir. Yenicag.az xəbər verir ki, bunu Kuba xarici işlər naziri Bruno Rodrigez Parrilya deyib.
Nazir bildirib ki, Havana ilə Vaşinqton arasında müəyyən təmaslar davam edir. Lakin ABŞ tərəfinin siyasi iradə nümayiş etdirməməsi danışıqlarda nəticə əldə olunmasına imkan vermir.
“Biz danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, əlaqələri davam etdirmək niyyətindəyik. Bizim danışıqlarımız olub və ABŞ ilə ünsiyyətimizi davam etdiririk. Lakin ABŞ-nin siyasi iradəsinin olmaması səbəbindən danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”, – deyə o vurğulayıb.
Rodrigez Parrilya qeyd edib ki, Kuba ABŞ ilə danışıqlara qarşılıqlı hörmət və respublikanın daxili işlərinə qarışmamaq prinsipləri əsasında hazırdır.
Nazirin sözlərinə görə, hazırda tərəflər arasında danışıqların hətta konkret gündəliyi də müəyyənləşdirilməyib.