Trampın deyəsən Ukrayna-Rusiya gərginliyində də bəxti gətirmir.

8-09-2026, 00:09           
Trampın deyəsən Ukrayna-Rusiya gərginliyində də bəxti gətirmir.
Böyük ümidlərlə guya “9-cu müharibəni sona çatdırıb noyabr seçkilərinə əlidolu getmək istəyirdi. Moskvadan və Kiyevdən gələn xəbərlər isə onu xəyal qırıqlığına uğradacaq mahiyyətdədir.
Əslində bu təşəbbüsün elə bu cür də nəticələnəcəyi ortada idi. Söhbət təkcə ondan getmir ki, Rusiya yenə “Nuh deyir, peyğəmbər demir”. Söhbət həm də ondan gedir ki, şəxsən mən Trampın nümayəndələrinin Zelenskidən sonra həm də Avropa diplomatları ilə görüşəcəyini və yekun qərarın birgə müzakirə nəticəsində veriləcəyini eşidəndə barmağımı dişlədim. Həm də elə dişlədim ki, az qala barmağım dibindən üzüləcəkdi.
Ona görə ki, ərəblərin yaxşı bir atalar sözü var: “Bir aşın iki aşbazı Olanda aş ya çox duzlu, ya da tam duzsuz olar”. Çünki aşbazların hər iki ya bir-birinə arxayın olub aşa duz tökməzlər, ya da hər ikisi birdən yeməyi duzlayarlar.
Üstəlik, ay pirolmuşun nəvəsi Tramp müəllim, adam da heç Böyük Britaniya və Fransa ilə danışıqlar masasına oturar?
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]