Zaxarova : “Zelenski Bin Ladeni geridə qoyub”

7-09-2026, 11:44           
Zaxarova : “Zelenski Bin Ladeni geridə qoyub”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiyskaya Qazeta”ya müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin tənqid edərək onu “Əl-Qaidə”nin banisi Üsamə bin Ladenlə müqayisə edib.
Gununsesi.info xəbər verir ki, Rusiya XİN sözçüsü Zelenskinin cəzasızlığının “ağlasığmaz hədləri keçdiyini” və görünməmiş miqyas aldığını iddia edib.

Zaxarovanın sözlərinə görə, Ukrayna liderinin fəaliyyəti bütün dünya üçün təhdidə çevrilib:

“Əvvəllər Vaşinqton, London və NATO-nun digər paytaxtlarında Bin Ladenin beynəlxalq sülh üçün təhlükə olduğunu deyirdilər. Lakin Zelenski Bin Ladeni də geridə qoydu. O, artıq hər yerdə özünü bu cür “tanıdıb”. Ukrayna lideri faktiki olaraq öz terrorçuluq imkanlarını reklam edir və real sifarişlər qəbul edir”.

Müsahibədə həmçinin Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Ukrayna rəhbərliyinin Rusiya ilə münaqişəni dayandırmaqdan imtina edərək ölkəni məhvə apardığı barədə fikirlərinə də istinad olunub.(qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]