Britaniya təxliyə olunan əfqanıstanlılara müddətsiz yaşayış hüququ verəcək

2-09-2021, 07:29           
Britaniya təxliyə olunan əfqanıstanlılara müddətsiz yaşayış hüququ verəcək
Əfqanıstanda Britaniya ordusu ilə əməkdaşlıq edən bütün təxliyə olunan əfqanıstanlılar heç bir vaxt məhdudiyyəti olmadan Britaniyada qala biləcəklər.

Britaniya hökumətinin bu qərarı “İsti qarşılama” əməliyyatı çərçivəsində həyata keçirilir.

Sənəddə deyilir ki, həmin şəxslərin hamısı həyatlarını yenidən qurmaq, iş tapmaq, təhsillərini davam etdirmək və yerli cəmiyyətlərinə inteqrasiya etmək üçün lazım olan həyati dəstəyi almalıdırlar.

“Əfqanıstanda Silahlı Qüvvələrlə işləyənlərə borcluyuq, onlara və ailələrinə Britaniyada həyatlarını yenidən qurmaq üçün lazım olan dəstəyi verməyə qərarlıyam”, - deyə Britaniyanın baş naziri Boris Conson bildirib.

Britaniya hökuməti əfqanıstanlı uşaqlar üçün əlavə məktəb yerləri yaratmaq üçün azı 12 milyon funt sterlinq ayıracaq və Britaniya universitetlərində əfqanıstanlı tələbələrin və aspirantların 300-ə qədərinə təqaüd verəcək. Bu kateqoriyalı əfqanıstanlıların sağlamlıq xidmətlərindən istifadə etmələri üçün əlavə 3 milyon funt sterlinq ayrılır və hər kəsə COVID-19 əleyhinə peyvəndlər təklif olunur.

Mənbə: “İnterfaks”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]