“O, Azərbaycanı ermənilərə satdı” – Anardan sərt ittiham

25-01-2020, 18:32           
“O, Azərbaycanı ermənilərə satdı” – Anardan sərt ittiham
Xalq yazıçısı Anar Rzayevin “Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm" deməsindən sonra bir sıra yazarlar ona qarşı qiyama qalxıblar.
Bəs görəsən AYB sədri uğrunda bu qədər inadkarlığa və israra dəyərdimi?

Teref.az xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran Anar Rzayev əleyhinə danışan adamlarla hesablaşmadığını bildirib:

“Üç-beş nəfər əleyhimədirsə, min səkkiz yüz yazıçısı mənim tərəfimdədir. Mən əleyhimə danışan adamlarla hesablaşmıram və onların çoxu heç Azərbaycan Yazıçlar Birliyinin üzvü də deyil”.

A.Rzayev yazıçı Əkrəm Əylislinin onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Onun varlığı o oldu ki, “Yazıçı” nəşriyyatında oturdu və nəşriyyatı da satdı. Sonra da Azərbaycanı ermənilərə satdı”.

Qeyd edək ki, Ə.Əylisli açıqlamasında Anarın otuz il bir vəzifədə oturmasını mənəvi bir yoxsulluq adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]