Putinin milyarder "desant"ı Vardanyan və Saakyanla onların Bakıya gətirilməsindən öncəki son söhbətindən danışdı...

3-10-2026, 10:51           
Putinin milyarder "desant"ı Vardanyan və Saakyanla onların Bakıya gətirilməsindən öncəki son söhbətindən danışdı...
"Güclü Ermənistan" partiyasının lideri, Putinin Ermənistandakı milyarder "desant"ı Samvel Karapetyan erməni mediasına verdiyi son müsahibəsində Qarabağdakı erməni əhalinin köçündən əvvəl qondarma rejimin keçmiş rəhbərləri, hazırda Bakıda həbsdə olan Bako Saakyan və həmin vaxt Rusiya liderinin Qarabağdakı milyarder "desant"ı olan Ruben Vardanyanla baş tutan sonuncu söhbətinin təfərrüatlarını açıqlayıb.

Moderator.az xəbər verir ki, "Hayeli" mətbuat klubunun baş redaktoru Anjela Tovmasyanın suallarını cavablandıran siyasətçi, həmin vaxt bir yerdə olan separatçı rəhbərlərə ərazini tərk etməyi təklif etdiyini bildirib:

"Mən onlardan mövcud imkanlardan istifadə edərək oradan çıxmalarını tələb edirdim. Lakin Bako Saakyan mənə bildirdi ki, o, bu addımı ata bilməz və xalqı tək qoyub gedə bilməz. Nəticədə isə hər şey göz qabağında olan hadisələrlə bitdi".

S. Karapetyan müsahibəsində Ermənistanın mövcud hakimiyyətini də kəskin tənqid edib. O, Qarabağdakı ermənilərin "fədakarlıq" göstərdiyini iddia etsə də, İrəvan rəhbərliyinin yalnız öz siyasi maraqlarını və "kürsülərini" qorumaqla məşğul olduğunu vurğulayıb:

"Ermənistanda elə bir hakimiyyət var idi ki, fədakarlıqla yalnız öz kürsülərini qorumağa hazır idi. Elə buna görə də bugünkü mənzərə ilə üzləşdik..."

Qeyd edək ki, S.Karapetyanın separatçı liderlərlər bəhs etdiyi söhbətdən qısa müddət sonra, 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində qondarma rejimin rəhbərləri, o cümlədən Bako Saakyan və Ruben Vardanyan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətiriliblər.

S.Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]