"Qızları üçüncü sinifdən çıxarıb deyirdilər ki, yazmaq-oxumaq öyrənmisən, bəsdir" - Nardaran sakini nələrdən danışdı? - VİDE

26-09-2026, 10:24           
"Qızları üçüncü sinifdən çıxarıb deyirdilər ki, yazmaq-oxumaq öyrənmisən, bəsdir" -
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Ağasəid Orucov olub.

Verilişdə uşaqlıq illərindən, müəllimlik və direktorluq fəaliyyətindən, o dövrün kənd həyatından danışan Ağasəid Orucov öz həyat hekayəsini bölüşüb.


Nardaran sakini o dövrdə kənddə təhsilə marağın az olduğunu və qız uşaqlarının tez məktəbdən uzaqlaşdırıldığını deyib:

"Çətinlik onda idi ki, təhsilə çox maraq yox idi. Təsərrüfat işləri, qərənfil gəlir gətirirdi deyə çoxu ona üz tutmuşdu. Qız uşaqlarını üçüncü, dördüncü, beşinci sinifdən çıxarıb deyirdilər ki, yazmaq-oxumaq öyrənmisən, bəsdir. Amma baxın, bu illərdə 30 nəfərə yaxın qız Nardarandan instituta daxil olub. Dövr necə dəyişir".

Ailə qurmaq hekayəsindən və qarşılaşdığı çətinliklərdən danışan Ağasəid Orucov qız evinin şərtlərini belə xatırlayıb:

"1975-ci ildə ailə qurdum. Həyat yoldaşım qohum deyildi, nardaranlı idilər, amma şəhərdə yaşayırdılar. Biz imkansız idik, atam avtobus sürücüsü idi. Qızın anası şəhərdə ev istədi. Bizim kənddə evimiz var idi, amma onlar şəhərdə istədilər. Atam razılaşdı, aldılar".

50 illik ailə həyatından, sevgidən və yoldaşı ilə münasibətlərindən söz açan Ağasəid müəllim bildirib:

"Ailədə bir müddət sevgi olur, sonra hörmət başlayır. Küsüb-barışanda həmişə ilk addımı yoldaşım atıb. Bəzən deyir ki, məni tərifləmirsən. Deyirəm ki, arvadı tərifləməzlər. Biz sevgimizi əməlimizlə göstərmişik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]