Əhali dəhşət içində yaşamaqdan təngə gəldi: "Bir it hürən kimi digərləri də toplanıb adamın üstünə cumur" - Video

20-09-2026, 12:14           
Əhali dəhşət içində yaşamaqdan təngə gəldi:
Qazaxda sakinlər sahibsiz itlərin əlindən təngə gəldiklərini bildirirlər.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmayıb.

Sakinlərin sözlərinə görə, itlər yalnız gecə saatlarında deyil, gündüz vaxtı da sürü ilə gəzərək təhlükə yaradırlar.

Məlumata görə, 75 yaşlı qadın günorta saatlarında küçədə sahibsiz itin hücumuna məruz qalıb.


Hücum nəticəsində xəsarət alan Validə Nəsibova baş verənlər haqqında danışıb.

"Aidiyyəti quruma dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülmür. Bütün gecə hürürlər, uşaqlar küçəyə çıxa bilmirlər. Mənə də hücum etdilər. Ayağım bərk şişmişdi, qaralmışdı. İndi beş dəfə quduzluq əleyhinə iynə vurdurmalıyam. Hətta kürəkənim bir neçə iti taksi ilə aparıb uzaq ərazilərə buraxıb. Bir it hürən kimi digərləri də toplanıb adamın üstünə cumur", - o söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]