"Onlar oxuyanda elə bil başıma qapaz vururlar" - Əli Mirəliyev

12-09-2026, 12:55           
"Onlar oxuyanda elə bil başıma qapaz vururlar" - Əli Mirəliyev
"İndiki müğənnilərin səsi yoxdur. Oxuyanda bilmirlər ki, səs haradan çıxır".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Müğənni indiki ifaçıların səsini eşidəndə əziyyət çəkdiyini gizlətməyib:

"Bu müğənnilər oxuyanda elə bil başıma qapaz vururlar. Əsasən də xırdalıq edəndə özümü güclə saxlayıram. Qışqırırlar. Mahnı oxumaq qışqırmaq deyil. Özümü güclə saxlayıram. Əlimdən heç nə gəlmir".

Əli Mirəliyev sənətin tənəzzülə uğradığını bildirib:

"Sənət yoxdur, kim ağzına nə gəlir oxuyur. Bu mövsümdə də oxuya bilməyənlər efirləri bəzəyəcək. Son illər efirdə ancaq bunlardır. Deməyin, danışmağın da xeyri yoxdur. Mən təkəm, bacarmıram. Nə qədər desəm də, xeyri yoxdur, yenə onlar səhnədədir, efirdədir. Söz düşəndə deyirlər ki, Azərbaycan bəstəkarlarının mahnılarını oxuya bilmirik. Asan yolla pul qazanırlar. Bu da sənətin gələcəyi üçün rəzalətdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]