Nemət Hüseynov keçmiş toylardan danışdı - VİDEO

5-09-2026, 09:26           
Nemət Hüseynov keçmiş toylardan danışdı - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əmircan sakini, qarmon ifaçısı Nemət Hüseynov olub. Əmircan toylarının özünəməxsus xüsusiyyətlərindən və köhnə adətlərdən danışan Nemət Hüseynov bildirib ki, Bakı kəndlərində toy mərasimləri müəyyən qayda-qanunlar üzərində qurulub.

Onun sözlərinə görə, əvvəllər toylarda musiqiyə, xanəndənin ifasına və qəzəllərin düzgün səsləndirilməsinə böyük məsuliyyətlə yanaşılırdı:

"Musiqiyə həvəs və tələbat var idi. Xanəndə qorxa-qorxa oxuyardı ki, birdən qəzəli düz deməz".

İfaçı günümüzdəki rəqs üslublarından və toy atmosferindən də danışaraq müasir rəqslərin milli ruha uyğun gəlmədiyini vurğulayıb:

"Ad çəkməyəcəyəm. Milli üslubda oynamırlar. Mən çox dərinə getmək istəmirəm, etdikləri o hərəkətlər milli rəqs deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]