"Qərbi Azərbaycandakı kəndimizdə heç kim ermənilərlə birgə yaşamayıb..."
28-08-2026, 09:34
"Qərbi Azərbaycandakı kəndimizdə heç kim ermənilərlə birgə yaşamayıb. Biz evimizdə, həyətimizdə tikinti işləri aparanda onları gətirib işlədərdik. Və o zaman həmin işçilər deyəndə ki, "bu evləri niyə tikirsiniz, onsuz da bunlar bizə qalacaq" biz eşitdiklərimizin fərqinə varmayıb gülərdik, amma heç demə, Ermənistanda 88-ci ilə hazırlıq hələ o vaxtlardan başlayıbmış. Biz tərəfdə yaşayan ermənilər 60-70-ci illərdə Suriyadan, Livandan, Türkiyədən köçürülənlər idilər və onlar Dilican, İcevan, Çəmbərək rayon mərkəzlərində məskunlaşdırılmışdılar. SSRİ və Ermənistan rəhbərliyi tərəfindən Avropadan, Fransadan, Amerikadan böyük imtiyazlar vədi qarşılığında aldadılaraq köçürülən ermənilər sonradan buranı tərk etdilər. Biz hər zaman türk olduğumuzu, öz torpağımızda yaşadığımızı bilmişik və kökümüzə bağlı olmuşuq, çünki sovetlərin İrəvanın 20-ci illərdə qonşularımıza verdiyindən xəbərdar idik. Heç zaman bunu nə unutduq, nə də həmin adı qəbul etdik". Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi. Müsahibə: 525.az