Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO

21-11-2026, 09:44           
Vüsal Nəsirli "işə başladı" -
“Gənclik” metrostansiyasının Atatürk prospekti istiqamətində olan çıxışında asfalt örtüyünün qaşınması ilə bağlı aparılan işlər metrodan çıxan insanları təhlükə altında qoyub.

Bizimesr.info xəbər verir ki, ərazidə asfalt qatının qaşınması prosesi həyata keçirilsə də, iş sahəsinin ətrafında piyadaların təhlükəsizliyini təmin edən müvafiq qoruyucu hasar və ya məhdudlaşdırıcı vasitələr quraşdırılmayıb.

Videogörüntülərdən də aydın olur ki, xüsusi texnikanın köməyi ilə aparılan işlər zamanı asfalt qırıntıları metro çıxışına və sərnişinlərin hərəkət etdiyi əraziyə səpələnir. Bu isə metropolitendən istifadə edən insanların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.

Piyadaların sözlərinə görə, ərazidə hər hansı məhdudiyyət tətbiq edilmədən asfalt örtüyü qazılaraq götürülür. İşlərin bu şəkildə təşkili həm sərnişinlərin hərəkətinə mane olur, həm də onların təhlükəsizliyini risk altına qoyur.

Metro çıxışı kimi insanların intensiv hərəkət etdiyi ərazidə təmir işləri aparılarkən niyə təhlükəsizlik tədbirləri görülmür?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]