Naxçıvanın yanacağa tələbatı tam ödənilirsə bəs fermerlər niyə yanacaq ala bilmirlər?

20-11-2026, 10:19           
Naxçıvanın yanacağa tələbatı tam ödənilirsə bəs fermerlər niyə yanacaq ala bilmirlər?
SOCAR bildirir ki, Naxçıvanın yanacağa tələbatı tam ödənilir. Şirkət AZƏRTAC-ın sorğusuna cavabında yanacağın muxtar respublikaya Türkiyə və Gürcüstan ərazisindən gətirildiyini açıqlayıb.
TEREF yazır ki, halbuki “Gündəlik Naxçıvan”a danışan fermerlər məntəqələrdən əliboş qayıtdıqlarını, dizelin isə iyirmi litrlik limitlə satıldığını deyirlər.
Onların sözlərinə görə, bu yanacaq şuma çatmır, texnikalar dayanır, əkin işləri ləngiyir. Plastik kanistrlərə yanacaq doldurulmasına qoyulan qadağa da kəndlərə yanacaq aparmağı çətinləşdirir.
Adının çəkilməsini istəməyən məntəqə işçisi isə iddia edir ki, dizel Türkiyədən gələn TIR sürücülərinə daha baha satıldığı üçün onlara üstünlük verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]