Kənan Aşurlu nədən xüsusi imtiyazalara malikdir? - İDDİA
16-11-2026, 12:18

Dövlət Gömrük Komitəsinin ən qalmaqallı sturkturlarından biri də “Azərterminalkomples” Birliyidir desək, yanılmarıq. Əslində bu qurumun adıyerli KİV-də daha çox qanunsuz tenderlərdə, şübhəli maliyyə işlərində hallanır ki, burada da sözügedən quruma rəhbərlik edən şəxsin birbaşa məsul olduğu şəkksizdir. Elə "DİA-AZ"a göndərilən məqalədə da bu qurum və rəhbərliyi ilə bağlı müəyyən iddialar yer alıb.
Məqaləni təqdim edirik: "Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətində kadr siyasəti, şəffaflıq və maliyyə nəzarəti ilə bağlı ciddi suallar meydana çıxır. Xüsusilə DGK-nın Azərterminalkompleks Təsərrüfat Hesablı Birliyinin rəhbəri Kənan Aşurlunun təyinatı və fəaliyyəti ictimai diqqət tələb edir. Müxtəlif mənbələrdən əldə olunan məlumatlarda Kənan Aşurlunun gömrük sistemindəki əvvəlki əlaqələri, yüksək vəzifəli şəxslərlə münasibətləri və biznes fəaliyyəti barədə iddialar səsləndirilir.
Əsas sualllar isə belədir: Kənan Aşurlunun bu qədər mühüm və böyük maliyyə dövriyyəsinə malik quruma rəhbər təyin edilməsində hansı amillər rol oynayıb? Azərterminalkompleksdə gömrük bəyannamələrinin hazırlanması və digər xidmətlərdən əldə olunan gəlirlərin idarə olunması necə həyata keçirilir? Bu vəsaitlərin hərəkətinə hansı qurum nəzarət edir? Müəssisənin maliyyə fəaliyyəti müstəqil auditdən keçirilibmi?
Bunlarla yanaşı, gömrük sistemində işə qəbul və vəzifə dəyişiklikləri müqabilində 100 min, 20 min və 50 min manat məbləğində qeyri-rəsmi ödənişlər tələb edilməsi barədə də ciddi iddialar yayılıb. Şahin Bağırov isə öz qara-qura işlərini ört basdır etmək üçün, bunlara göz yumur və heç bir tədbir görmü. Bu məlumatların isə hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması vacibdir..."
"DİA-AZ"ın əldə etdiyi bilgilərdən isə aydın olur ki, əslində Kənan Aşurlu bu gün Şahin Bağırovun əsas pulgətirənlərindən biri olduğundan xüsusi himayə altındadır: "Ona görə də cənab Aşurlu özünü toxunulmaz hiss edir və hətta iki il əvvəl barəsində maliyyə araşdırmasına başlanılsa da, sonradan bu proses müəmmalı şəkildə yarımçıq qaldı..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

