Dövlətin Anar adlı GÖRƏN GÖZÜ... NİYƏ VƏ NECƏ KOR OLUR?.. - BAZAR AÇIBLAR...

13-11-2026, 17:28           
Dövlətin Anar adlı GÖRƏN GÖZÜ...
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində baş verən cinayətkarlıqlar bəlkə də ən dəhşətli kriminal olaylar kimi tarixə keçə bilər. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir. Məlumatda həmçinin qeyd olunur ki, birbaşa olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovun himayəsi altında baş verən bu qanun pozuntularının bəzilərindən hüquq-mühafizəorqanalrı xəbərdar ola bilər: "Amma əksər hallarda elə ustalıqla iş görürlər ki, kimsənin ruhu incimir..."
Mənbənin "DİA-AZ"a söylədikləri: "Bu gün ölkədə quru sərhədlərinin bağlanması daha çox Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işinə yarayır, desək, yanılmarıq... Vətəndaşların gətirdiyi ən xırda əşyalara belə əl qoyan hava gömrükçüləri rəsmən sistemli QAÇAQMALÇI şəbəkəni himayə edirlər.
Məsələn, götürək "iPhone" telefonlarını... Məlumdur ki, xaricdə bizdən 3-4 dəfə ucuz olan bu telefonların qiyməti məhz gömrükdəki ƏMİLƏRİN tamahı səbəbindən bu qədər bahaya mail olur. Bu gün kimlər ölkəyə qutu-qutu telefon gətirir... hər kəsə məlumdur. Adlarını hüquq-mühafizə orqanları bir əməliyyata müəyyəne də bilər.
Digər məhsullar... Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi elə bir sistem qurub ki, qara bazarda satılan spirtili içkilərdən, siqaretlərdən tutmuş, hətta bəzi "təhlükəli" məhsullara qədər... hamısı onun nəzarəti altında ölkəyə daxil olur, nəticədə bir ay ərzində külli miqdarda pullar mənimsənilir.
Pullar, inanın ki, yeşiklərlə daşınır..."
Mənbə daha sonra bunları əlavə edir: "Bəli... qutularla ölkəyə mallar gəlir... onlariı niyə görməzdən gəlirlər? Ancaq vətəndaş gətirən kimi cumurlar üstünə... cinayətkar kimi davranırlar... Sanki ən qatı cinayətkarı tutublar...
Bəzi şeylər həmişə necə keçibsə... indi də elə kecir. Onlar nəyi istəyirlər... görürlər... nəyi istəmirlər... görmürlər... Hər şeyi pul həll edir"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]