AYNA yenə səni deyirlər: Qiymət artımından sonra AYNA -nın xidmət “keyfiyyəti" belə artıb - VİDEO

11-11-2026, 12:18           
AYNA yenə səni deyirlər: Qiymət artımından sonra AYNA -nın xidmət “keyfiyyəti" belə artıb - VİDEO
Bu görüntülər səhər saat 06:30-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində lentə alınıb.

Publika.az xəbər verir ki, qəsəbədə səhər saatlarında sərnişinlər avtobusun mühərrikini işə salmaq üçün onu itələməli olublar. Texniki cəhətdən yararsız vəziyyətdə olan köhnə avtobuslar sakinlərin gündəlik gediş-gəlişində çətinlik yaradır.


Təxminən 10 min sakinin yaşadığı qəsəbədə insanlar işə, universitetə və digər ünvanlara çatmaq üçün ciddi çətinliklərlə üzləşirlər.

Gedişhaqqı artır, amma xidmətin keyfiyyəti dəyişmir. AYNA isə hər dəfə qiymət artımı olarkən keyfiyyətin yaxşılaşacağına söz verir. Amma verdikləri sözə əməl etmirlər. Qiymət artımlarına baxmayaraq, qəsəbədə köhnə avtobusların yenilənməsi və nəqliyyat probleminin həlli istiqamətində heç bir tədbir görmür.

Bunun səbəbi nə ola bilər? Adən korrupsiyanın hökm sürdüyü təşkilatlarda belə hallar yaşanır.

Bütün hallarda, sakinlər ictimai nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını, köhnə avtobusların yeniləri ilə əvəzlənməsini gözləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]