Gecə qaranlığı hansı sirləri gizlədir? - Ləğv olunmuş Daimi Nümayəndəlikdə qeyri-iş günü gecə toplantısı - FOTOLAR

11-11-2026, 10:38           
Gecə qaranlığı hansı sirləri gizlədir? - Ləğv olunmuş Daimi Nümayəndəlikdə qeyri-iş günü gecə toplantısı - FOTOLAR
Xəbər verildiyi kimi, noyabrın 5-də Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv edilib.

TEREF -in yazdığına görə, Mia.az xəbər verir ki, Daimi Nümayəndəliyin ləğv edilməsi prosesinə start verilməmiş isə bu gün - qeyri iş günündə axşam saatlarında nümayəndəliyin bir qrup keçmiş işçisi inzibati binaya toplanıblar.

Məlumata görə, nümayəndəliyin qarşısında Abbas Muxtarzadə, Məhərrəm Lətifov, Nahid İsmayılov və Rüstəm İsmayılova məxsus şəxsi avtomobillər görünüb. Onlar qeyri-iş günü, özü də axşam saatlarında nəyə və hansı statusla ləğv olunmuş nümayəndəliyin binasına gəliblər?

Ümumiyyətlə, keçmiş nümayəndəliyin işçilərinin ora gecəylə gəlmələri və hətta idarədən şəxsi əşyalarını götürmək üçün kimdənsə icazə alıblarmı?

Bu və ya digər məsələlərlə bağlı müvafiq qurumlara sorğumuz olacaq.

Xatırladaq ki, noyabrın 5-də verilmiş qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalı idi.

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib. Göründüyü kimi, qərara əsasən 5 iş günü müddətində komissiya yaradılmalı olduğu və bundan sonra nümayənəlikdəki mal-materialların təslimi həyata keçirilməlidir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]