Xətai RİH başçısı ilə ADSEA şefi 10 aydır nəyi gözləyir? - İnsanlar təhlükədə - VİDEO

8-11-2026, 10:14           
Xətai RİH başçısı ilə ADSEA şefi 10 aydır nəyi gözləyir? -
Bakının Xətai rayonu, Əhmədli kəndi, Şahin Səmədov küçəsində kanalizasiya kollektorunun üzərində tikilmiş evlərdə yaşayan insanların taleyi sual altında qalır. Bizimesr.info xəbər verir ki, bir sıra evlərin kollektorun çox yaxınlığında, hətta birbaşa onun üzərində inşa edilib.

Məlumata görə, evlərin altından 1965-ci ildə çəkilmiş böyük beton kanalizasiya kollektoru keçir. İddia olunur ki, kollektorun üzərində və ətrafında ümumilikdə minə yaxın ev tikilib.

Həmin ərazidəki torpaq sahələrinin 2000-ci illərdə qəsəbə nümayəndəsi tərəfindən vətəndaşlara satıldığı deyilir. Bildirilir ki, vəziyyət çox acınacaqlıdır. Belə ki, mənzildə yaşayanlar təhlükə içindədir. Problemin 9 aya yaxındır davam etdiyi və heç bir tədbir görülmədiyi deyilir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi dəstək göstərsə də, nə Xətai rayon İcra Hakimiyyəti nə də Azərbaycan Su Ehtiyatları Agentliyi məsələnin həlli üçün heç bir addım atmayıb.

Qeyd edək ki, nə Xətai rayon İcra Hakimiyyəti Rafiq Quliyevi, nə də ADSEA rəhbəri Zaur Mikayılovu insanların taleyi maraqlandırmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]