Azneft İB Günəşli yatağında yerləşən dəniz platformalarında ağır su problemi yaşanır - Rəhbərlik isə hərəkətsizdir...
6-10-2026, 09:36

Araşdırılmasına ciddi ehtiyac duyulur.Qeyd olunanlar təsdiqini taparsa bu halda Əmək Məcəlləsinin 207.1 (işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmə hüququ var),Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulmuş olur.
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli yazır. Daha sonra Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli yazır:
Neftçilər Azneft İB Günəşli yatağında yerləşən dəniz platformalarında su təminatının və sosial şəraitin ağır vəziyyəti barədə yazdılar:
Bildiririk ki, artıq 10 gündən çoxdur ki, Günəşli yatağında yerləşən dəniz platformalarında içməli və məişət suyu ilə bağlı ciddi problem yaranmışdır.Yaranmış vəziyyət barədə dəfələrlə sahə üzrə məsul şəxsə məlumat verilməsinə baxmayaraq, bu günədək problemin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülməmişdir. Vəziyyət artıq o həddə çatmışdır ki, platformalarda içməli su ehtiyatı belə tükənmişdir. Bu isə işçilərin sağlamlığı, əmək şəraiti və normal fəaliyyətinin təmin olunması baxımından ciddi narahatlıq doğurur.
Su təminatında yaranmış problemin səbəbi kimi hava şəraitinin küləkli olması və gəmilərin fəaliyyət göstərə bilməməsi göstərilir. Lakin faktiki vəziyyət bunu tam əks etdirmir. Belə ki, gəmilər fəaliyyət göstərir, platformalara gəlir, lakin lazımi su və digər təminat vasitələrinin gətirilməsi əvəzinə yalnız ehtiyyat avadanliq və metallom daşınması həyata keçirilir. Nəticədə platformalarda antisanitar vəziyyət yaranmışdır.
İşçilərin uzun müddət ərzində normal içməli su ilə təmin olunmaması yolverilməz vəziyyətdir. Dənizdə, xüsusi əmək şəraitində çalışan işçilərin ən elementar sosial-məişət ehtiyaclarının vaxtında təmin edilməsi rəhbərliyin diqqətində olmalıdır.
Bundan əlavə, ümumilikdə platformalarda sosial şəraitin son dövrlərdə əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunur. Bu vəziyyətin struktur dəyişiklikləri ilə əlaqədar olduğu, o cümlədən Sosial şöbənin ləğv edilərək Kadrlar şöbəsinə birləşdirilməsindən sonra işçilərin sosial-məişət məsələlərinə operativ münasibətin zəiflədiyi qənaəti yaranır.
Biz dənizdə ağır və məsuliyyətli şəraitdə çalışan işçilər olaraq rəhbərlikdən yaranmış problemin təxirə salınmadan həll edilməsini və işçilərin normal əmək və sosial-məişət şəraiti ilə təmin olunmasını xahiş edirik.
TEREF

