Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO

4-10-2026, 09:54           
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
Cəlilabad rayonunda sakinlərin torpaq sahələri ilə bağlı şikayətləri davam edir

Poliqon xəbər verir ki, kənd sakinləri bildirirlər ki, Sovet dövründən qalan bir sıra obyektlərin əraziləri onların iddiasına görə sonradan qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şəxslərin adına keçirilib.
Sakinlərin sözlərinə görə, onların əsas narazılıqlarından biri “Rus qəbiristanlığı” kimi tanınan ərazi ilə bağlıdır. Onlar iddia edirlər ki, həmin ərazi satışa çıxarılıb və bunun arxasında Günəşli kənd icra nümayəndəsi İlqar Həsənovun dayandığını bildirirlər.

Sakinlər həmçinin iddia edirlər ki, torpaq sahələrinin bir hissəsi Prezidentin köməkçisi Kərəm Həsənovun qohumlarının adına rəsmiləşdirilib. Onlar həmin torpaqların qanuni əsaslarının araşdırılmasını və sakinlərə qaytarılmasını tələb edirlər.

Müraciətdə qeyd olunur ki, sakinlər problemlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkirlər və məsələnin araşdırılmasını istəyirlər.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur.

Poliqon sakinlərin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]