İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
3-10-2026, 00:01

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Carçıyev vəzifəsindən azad olunub.
Bizimesr.info bildirir ki, Şaban Carçıyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib. Bununla da peşə təhsilində İlqar Bayramlının diqqət çəkən "kadr dəyişikliyi" baş verib.
Belə ki, bir müddət əvvəl Şaban Carçıyevin müavini olmuş Xəyalə Məmmədova vəzifəsindən uzaqlaşdırılaraq Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin edilmişdi. İndi isə həmin Mərkəzə Şaban Carçıyevin direktor təyin olunması diqqətdən yayınmır.
Qeyd edək ki, Şaban Carçıyevin adı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki fəaliyyəti ilə bağlı müxtəlif iddialarda hallanıb. Mərkəzin ərazisində və məktəbin bazasına aid avadanlıqlardan avtotəmir sexi kimi şəxsi məqsədlər və qazanc üçün istifadə edildiyi ilə bağlı məlumatlar var idi. Amma kimsə araşdırmadı, Şaban Carçıyev bu məlumatlardan sonra sexin fəaliyyətini dayandırdı.
Həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsi bir müddətdir vakant idi.
Belə ki, əvvəl həmin mərkəzin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilən Səbinə Hacıyevaya daha sonra direktor vəzifəsinin icrası həvalə olunmuşdu. 28 iyul 2026-cı il tarixində isə o, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edildi.
Nəticədə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor postu boş qaldı. Hazırda öncədən planlandığı kimi həmin vəzifəyə Şaban Carçıyev təyin edilib.
Beləliklə, son kadr dəyişiklikləri fonunda eyni şəxslərin müxtəlif peşə təhsili mərkəzlərində vəzifələrə gətirilməsi "kadr islahatları" kimi qələmə verilir.
Beləliklə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yeni direktoru kimdir?
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu posta kimi və hansı əsaslarla direktor təyin edib? Bu barədə ətraflı məlumat veriləcək.. Hələlik təyinat gizli saxlanılır. Amma...
Qeyd edək ki, Peşə Təhsili Mərkəzlərinə direktor təyinatları həm də elm və təhsil nazirinin müavini İdris İsyavelə razılaşdırılır. İdris İsayev peşə təhsili sahəsini kurasiya edir. Bu təyinatlar göstərir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr təkliflərini verən şəxslər İlqar Bayramlı kimi, İdris İsayevi də aldadır... Ya da İdris İsayevə peşə təhsili sistemində islahat aparmaq sərf etmir...
Daha ətraflı...
Ədil Hüseynli

