SOCAR-da oyunbazlıq - Neftçilər Günü münasibətilə verilmiş 500 manat pul mükafatıdır, yoxsa növbədənkənar avans ödənişi?

1-10-2026, 00:06           
SOCAR-da oyunbazlıq - Neftçilər Günü münasibətilə verilmiş 500 manat pul mükafatıdır, yoxsa növbədənkənar  avans ödənişi?
SOCAR sahə üzrə məsul şəxslər!
Neftçilər xahiş edir ki, “bayram pulunun” necə avansa çevrildiyini onlara izah edib edib məsələyə aydınlıq gətirəsiniz !
Neftçilər Günü münasibətilə işçilərə ödənilmiş 500 manat məbləğində pul ödənişi haqq-hesab vərəqəsində həmin məbləğin “növbədənkənar avans ödənişi” kimi göstərilib. İndi bilmək istəyirik işçiyə ödənilmiş 500 manat məbləğində pul Neftçilər Günü münasibətilə verilmiş pul mükafatıdır, yoxsa növbədənkənar avans ödənişi?
Əgər bu məbləğ mükafatdırsa, onun haqq-hesab vərəqəsində “avans ödənişi” kimi göstərilməsinin səbəbi nədir?
Əgər avansdırsa, bu halda xahiç edirik ,Neftçilər Günü münasibətilə işçiyə verilmiş 500 manatın hansı əsasla avans kimi rəsmiləşdirildiyini və həmin məbləğin əməkhaqqından tutulmasının səbəbini rəsmi şəkildə izah edəsiniz
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]