... Neyrocərrahiyə xəstəxanasında DƏHŞƏTLİ HADİSƏ-Mühafizəçi İNTİHARA cəhd edib! İDDİA
29-09-2026, 17:26

... Xəstəxananın direktor əvəzi Elçin İbrahimov cinayət tərkibli əməlləri niyə ört-basdır edir?
TƏBİB-in tabeliyində olan Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə bölməsinin rəisi Faiq Məmmədzadənin qanunsuz hərkətləri artıq sərhəd tanımır.
Daxil olan məlumata görə hələ 2024-cü ilin oktyabrında həkimləri və tabeliyində olan mühafizəçiləri küçə söyüşləri ilə təhqir edən Faiq Məmmədzadə indi də başqa qanunsuz əməllərlə məşğuldur (faktı təsdiq edən səs yazsı var). Söyüş və təhqirlərə görə işdən azad olunması gözlənilən Faiq Məmmədzadə TƏBİB-in həmin ərəfədəki yoxlamasından sonra xəstəxananın sabiq direktoru Fərhad Həsənov tərəfindən qorundu və bir müddət “havası alınan” mühafizə rəisi sakitləşdi. Ancaq ötən ilinin ikinci yarısından başlayaraq Faiq Məmmədzadə Neyrocərrahiyyə xəstəxanasında yenidən at oynatmağa başladı. Belə ki, köhnə şakərindən əl çəkməyən mühafizə bölməsinin rəisi yenə tabeliyində olanları aşağılamaqla məşğuldur və ən əsası onları günlük “tas” a oturudub.
TEREF yazır ki, bu iddia ilə poçtumuza daxil olan məqalədə müəllif çıxış edir. Müəllif daha sonra yazır:
Mənbənin iddiasına görə o, növbədə olan mühafizəçilərə günlük 30-70 manat civarında plan qoyub. Pullar isə xəstəxanaya müraciət edən pasiyentlərin növbəsiz keçirilməsinin qarşılığında alınıb.Əldə edilən pulu isə xəstəxananın bu il işdən çıxarılan direktoru Fərhad həkimlə bölüb. Yəni, Fərhad həkim onun faizini verib.Onun tələblərini yerinə yetirməyənlərin isə iş qrafıkini, növbə saatlarını dəyişib və onlara qarşı aqressiv və kobud davranış sərgiləyib, onları “qaralamaq” üçün müxtəlif vasitələrlə çirkin oyunlar oynayıb. Keçmiş direktor Fərhad Həsənovun işdən azad olunmasından sonra Faiq Məmmədzadənin əl-qolu bir az bağlansa da, ancaq əməllərinə son vermək fikrində deyil. Tabeliyində olan mühfizəçiləri məcbur edir ki, öz adlarına kredit götürüb ona versinlər.Boyun qaçıranlar isə şantaj olunur,hədələnir, işlərində “çepe” axtarılır. Bir müddət öncə təyin edilən xanım mühfizə rəisinə qarşı da oyunlar qurur.Bir sözlə,bu adam xəstəxanada kriminal dəstə yaratmaqdadır. Vəliyev Sənan, Əliyev Eldəniz məhz Faiqin yaratdığı dəstənin üzvləridir. Onlar Faiqin tələblərini yerinə yetirməyən şəxsləri təhdi edir.Hətta Vəliyev Sənan sıravi mühafizəçi olsa da, forma geyinməkdən imtina edir(onu özünə “zapadlo” hesab edir), heç kimə tabeçilik göstərmir və özünü kriminal aləmin təmsilçisi kimi aparır.Bunun bariz nümunəsi kimi bir fakta diqqət edək:

Faiq Məmmədzadə və Sənan Vəliyev 18 dekabr 2024-cü ildə xəstəxanada mühafizəçi işləyən Mirkərimov Miri Ramiz oğlunu məcbur ediblər ki, Kapital Bankdan 2000(iki min) manat kredit götürüsün.Guya ödənişi özləri edəcəklər.Ancaq onlar bu günə qədər həmin pulu ödəməyiblər. Adına özünmüddətli gecikmə və yüksək faiz gələn Mirkərimov Miri onlardan pulu ödəməyi xahiş etsə də, onlar heç bir addım atmayıblar. Və əksinə, onu xəstəxananın -1-ci mərtəbəsinə çəkərək hədə-qorxu gəliblər.Bank işçisinin ayanında ödənişi onun boynuna qoymaq istəyiblər. Bir neçə gün sonra bank isə onun əmək haqqından 300 manat tutma tətbiq edib.Məcbur qalan mühafizəçi Mirkərimov Miri ərazi üzrə 36-cı Polis bölməsinə və xəstəxanın direktor əvəzi Elçin İbrahimova, direktor müavini Araz Əliyevə rəsmi şikayət edib. Ancaq heç bir nəticəsi olmayıb. Daha sonra bezən mühafizəçi Mirkərimov Miri özünü asaraq intihar etmək istəyib.Bunu eşidən xəstə bacısı keçirdiyi həyəcandan ağır stres keçirib və beyninə qan sızıb. Onun hazırda “Semoşka” xəstəxanasının reanimasiya şöbəsində olduğu bildirilir.Düşdüyü acınacaqlı vəziyyətlə bağlı mühafizəçi Mirkərimov Miri həm məktubla, həm qaynar xəttə zəng etməklə TƏBİB-in rəhbəri Anar Bayramova müraciət edib.Deyilənə görə müraciəti baxılma ərəfəsindədir.Nəticəsi necə olacaq, bax bunu bilən yoxdur.Amma təyin olunduğu gündən yaxşı mənada radikal dəyişikliklər aparan sədr Anar Bayramovdan ədalətli qərar gözləntiləri böyükdür.
Onu da qeyd edək ki,Direktor səlahiyyətlərini icra edən Elçin İbrahimov oktyabrın ilk ongünlüyündə vəzifəyə təsdiq olunsun deyə, xəstəxanadan səs-küyün çıxmaması üçün orada baş verən cinayət tərkibli əməllərə göz yümmaqdadır.Direktor müavini Araz Əliyev də eyni münasibəti sərgiləyir.
Görünün odur ki,Faiq Məmmədzadənin və onun qruplaşmasının cinayət tərkibli əməllərinə son verilməsə, barəsində ən ağır cəza tədbiri görülməsə, çox ciddi əks səda olacaq. Maraqlıdır ki,2024-cü ildən indiyə kimi xəstəxananın sabiq dirketoru Fərhad Həsənov və hazırkı rəhbəlik yanaşı,TƏBİB-dəki bəzi köhnə qüvvələr onları qoruyur. Maraqlıdır belə adamlar hansı qüvvələr təfrəfindən himayə olunur? Hansı görünməz əllər tərəfindən yönəldilir??? Bütün bunlar çoxlu suallar yaradır.
...Mövzunu diqqətdə saxlayacağıq.

