ÖZƏL TİBBİ MÜƏSSİSƏIƏRƏ ÖDƏNİLƏN MİLYARDLARLA MANATDAN VERGİDƏN YAYINMALAR OLA BİLƏRMİ?
26-09-2026, 00:14

Mərkəzi Klinikada baş verən hadisə göstərdi ki, əgər tibbi xidmət qiymətləri Firdovsi həkimin xəstənin oğluna verdiyi iki kağız parçası ilə 2500manatdan 1600 manata qədər azaldılırsa, sonra isə ümumiyyətlə ödəniş aparılmırsa,yönləndirmə talonu və ya hesab -faktura Vergi Məcəlləsinin tələblərinə cavab vermirsə vergidən yayınma halları haqqında şübhələnmək olar.Bir vergi mütəxəssisin dediyinə görə bəzi Özəl TİBBİ Müəssisələrində vergidən yayınma halları baş verir,bu adətən "ikili mühasibatlıq"və@paralel qeydiyyat şəklində "həzmə ötürülür"
Adıçəkilən xəstənin oğlu bu gün şərh yerində ona ödəniş üçün verilən "kağız"parçalarına nəzər salsaq görərik ki,qanunun tələbi olaraq VÖEN,göstərilən tibbi xidmətin dəqiq adı (Azərbaycan dilində),hər xidmətin miqdarı,vahidivə qiyməti göstərilməyib.
Eyni zamanda bu kağız parçaları daxili Proqramdan çıxarılmış çox güman ki, vergidən@ yayınmaq üçün@ aparılan "əməliyyatın"tərkib hissəsidir.
Digər tərəfdən əgər Sizlərə ödənişə görə çek-qəbz verilibsə,(əksər hallarda verilmir, ya da kağız parçası kimi)orada
QR-kod, VÖEN və NMQ nömrəsi yoxdursa, həmin sənəd dövlət vergi uçotundan keçməyən daxili kağız parçası dır
Gəlin etiraf edək ki, heç birimiz bu vacib məsələyə fikir vermirik, sonra deyirik maaş azdır, pensiya azdır,bahaçılıqdır.
Faiq Memmedli, həkim ekspert


