Yeni Yasamalda ağacları məhv edib otel tikirlər - Sakinlərin eşidən heç bir qurum yoxdur -VİDEO

26-09-2026, 00:02           
Yeni Yasamalda ağacları məhv edib otel tikirlər -
Bakının Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 5 ünvanında otel tikintisi aparıdığı iddia olunur. Bizimesr.media bildirir ki, ərazidə yaşayan sakinlər tikinti və ağacların məhv edilməsi ilə bağlı şikayətlərinə cavab verilmədiyini bildirirlər. Sakinlərin sözlərinə görə, sözügedən ünvanda aparılan tikinti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək heç bir nəticə əldə olunmayıb.
Ərazidə ağaclar məhv edilir, bununla bağlı cərimələr tətbiq olunsa da, tikinti işləri davam etdirilir. Onların fikrincə, maddi imkanları geniş olan tikinti sahibinin cərimə ödəməsi otel layihəsinin həyata keçirilməsinə mane olmur.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, eləcə də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımova ünvanlanan müraciətlərin də cavabsız qaldığı bildirilir.
Beləliklə, sakinlərin şikayətlərinə baxmayaraq, Dadaş Bünyadzadə küçəsi 5 ünvanında ağacların məhv edildiyi və otel tikintisinin davam edir.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]