DEPUTAT NAQİF HƏMZƏYEV İCBARİ TİBBİ SIĞORTANIN GƏNCƏ ŞƏHƏRİNDƏ TƏTBİQİNDƏ OLAN CİDDİ NÖQSANLARDAN DANIŞIB.

25-09-2026, 15:24           
DEPUTAT NAQİF HƏMZƏYEV İCBARİ TİBBİ SIĞORTANIN GƏNCƏ ŞƏHƏRİNDƏ TƏTBİQİNDƏ OLAN CİDDİ NÖQSANLARDAN DANIŞIB.
Bu problem təkcə Gəncə şəhərində deyil, ölkəmizin çox yerində var.Əhalinin, Pasiyentlərin əksəriyyəti xidmətdən məmnun deyil
Yeri gəlmişkən Naqif Həmzəyev səhər saatlarında Milli Məclisin iclasında İcbari Tibbi Sığortanı yerə vursa da, axşam "Real TV" onu göylərə qaldırdı.Tibbi xidmətdən narazılıq çoxdursa,deməli səhiyyənin təşkili düzgün deyil, O rasional və hüquqi idarə edilmir, başlıcası isə maliyyə resursları düzgün bölünmür,ya da çatmır və nəhayət bölünmədə sui istifadə hallarına yol verilir.Məsələn, TTY briqadaları göstərirş əsasında yalnız iki özəl xəstəxanaya -Mərkəzi Gömrük Hospitalına (deputat Rəşad Mahmudov burada işləyir..) və Mərkəzi Klinik xəstəxanaya xəstə apara bilər!??!?Belə qanun,belə qərar ola bilərmi??....
"İcbari Tibbi Sığorta Haqqında"qanun 1999-cu ildə qəbul edilsə də, onun tətbiqi pilot layihə kimi 2018-ci ildə Mingəçevir, Yevlaxda həyata keçirilib, Bakıda isə daha gec -2021-ci ilin aprelində İTS -nin tətbiqinə başlanılıb.
Bəs, niyə belə gec?Sualın cavabı yuxarıda deyilib, işin təşkili, rasional idarəetmə və ən əsası maliyyə mənbələri və məbləği indi də ciddi problem olaraq qalır
Tibbi Sığortanı Alman kansleri Otto Bismark kəşf və tətbiq edib.Onun çox sadə tərifi var:İnsan öz sağlamlığını ya öz vəsaiti, ya da dövlət büdcəsi hesabına sığortalayır.
Əksər ölkələrdə İTS uşaqlar,pensionerlər,işləməyənlər üçün dövlət büdcəsi, işləyən əhali üçün isə öz hesabına" maliyyələşdirilir.
Bütün bunlar üçün isə əhaliyə İCBARİ TİBBİ SIĞORTA KARTI-"YAŞIL KART verilir.
Əhali, həmin Yaşıl Kartla səhiyyə müəssisələrinə müraciət edir,özü istədiyi kimi lüzumsuz müayinələrdən keçmir,öz pulunu özü idarə edir.
Hazırda isə TƏBİB işləyən əhalinin pulu ilə xəstəni hara gəldi göndərir.Halbuki, qanunvericiliyə görə pasiyent müalicə həkimini və müəssisəsini özü seçə bilər hüququna malikdir.Belə də xəstənin pulu çatmasa,həm dövlət,həm də özəllərdə ozü əlavə vəsait ödəyə bilər.Amma tibbi xidmət qiymətləri mülkiyyət formasından asılı olmayaraq minimum əmək haqqı nəzərə alınmaqla dövlət tərəfindən tənzimlənməlidir., Türkiyədə olduğu kimi.
Bir də həkimlərin əməkhaqqı İTS -dən asılı olmayaraq fiksə edilmiş Vahid Tarif Cədvəlinə görə verilsə(həkimlər indi bir birinə xəstə göndərir ki, çox maaş alsınlar,həm də lüzumsuz müayinələr....),bir həftə ərzində növbələr yox olar, sivil xidmət yarana bilər.......
Deməli, əsas problem TƏBİB -İN İNSANLARIN AYLIQ ÖDƏNİŞ ETDİYİ,O VƏSAİTLƏ FORMALAŞAN İTS FONDUNDAN BƏRK -BƏRK YAPIŞMASI VƏTƏNDAŞIN PULUNU ÖZ BİLDİYİ KİMİ SAĞA SOLA "ƏRİTMƏSİDİR"BELƏ DƏ TƏBİB ŞƏFA MƏNBƏYİ KİMİ YOX, ƏHALİYƏ MALİYYƏ MƏNBƏYİ, BANKOMAT KİMİ "FƏALİYYƏT"GÖSTƏRİR.BU SADƏ MƏSƏLƏNİN HƏLLİNİ TƏBİB -DƏ BİLMİRLƏR???
XATIRLADIM Kİ,BİR MÜDDƏT ƏVVƏL MALİYYƏ NAZİRLİYİNİN VƏ HESABLAMA PALATASININ YOXLAMASI,BURADA CİDDİ MALİYYƏ POZUNTULARI AŞKAR ETMİŞDİ.İriçaplı xəstəxana direktorlarının işdən azad edilməsinin əsas səbəbi aşkar olunan maliyyə pozuntularıdır.Deməli, bütün neqativ hallar, qanunsuzluqlar qeyri rasional və hüquqa söykənməyən idarəetmədən, maliyyə resurslarının düzgün xərclənməməsindən qaynaqlanır.
Faiq Memmedli,həkim ekspert












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]