BU DA SİZƏ KRAVÇENKO "SKORO"DA MONOPOLİYA, QEYRİ - RASİONAL VƏ HÜQUQA SÖYKƏNMƏYƏN İDARƏETMƏ.
25-09-2026, 00:05

Son üç ildə Təcili Tibbi Yardımda,Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində RTTTYM -də üç direktor dəyişib, amma yaxşılığa doğru heç nə dəyişməyib, nə dəyişə bilər ki,90-illərdə də Bakı şəhərində 135-140briqada, indi də həkim çatışmazlığı üzündən daha az briqada.Bir də ki, müasir dövrdə KORDİAMİNlə, analginlə hansı effektiv yardım ola bilər ki???
Üstəlik də təcili tibbi yardımın hüquqi normativ bazası olmadığından,bu boşluqdan istifadə edən yeni direktorlar tam bürokratik idarəetmə yaradaraq nəinki operativliyi və yardımın keyfiyyətini təmin edir, əksinə öz məqsədləri naminə onlara mane olurlar.
Cənab Prezident 3ildən artıqdır ki, Təcili Tibbi Yardımda hüquqi normativ bazanın yaradılması haqqında sərəncam imzalayıb, təəssüf ki əlaqədar qurumlar hələ də buna əməl etmirlər.
TƏBİB -İN DİREKTORU ANAR Bayramovun RTTTYM -ə son təyin etdiyi direktor Timur Kravçenkodur.
O gələn kimi qanunsuz göstəriş verərək xəstələrin onun dediyi bəzi dövlət xəstəxanaları ilə yanaşı yalnız özəl sayılan 2 klinikaya -Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Klinikaya aparılması təmin edilir.
Beləliklə, TTY sahəsində hospitalizasiya tam monopoliyaya alınıb.Niyə? Burada nə var??? Hansı xəstələr yuxarıda adıçəkilən Özəllərə apaılır, digər özəllər nədən kənarda qalıb?
Təsəvvür edin ki, Mərdəkan Maştağa, Hövsan və s qəsəbələrində, yaxud şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən Özəllərə aparılmır, amma nə sirrdisə daha uzağa hospitalizasiya edilməsinə göstəriş verilir.Belə də TTY operativliyi pozulur,süni şəkildə gecikmələr yaranır, izafi iş və yanacaq sərfi.Sanki bəzi dövlət xəstəxanalarında mövcud bahalı tibbi avadanlıqları qəsdən işlətmirlər ki, xəstələr müayinə və müalicə üçün adıçəkilən Özəllərə aparılsınlar, halbuki eyni tibbi metodlar digər Özəllərdə də mövcuddur.Deyilənə görə bəzi hallarda xəstəni TTY briqadaları adıçəkilən Özəllərə aparıb bir də evə qaytarır!?Bəs, TTY nədən bu işlərlə "məşğul"olur?!? İddia olunur ki, bütün bu "əməliyyatlardan skoro"öz adına layiq pay alır.Yoxsa Kravçenko hər gün həmin özəllərə aparılan xəstələrin adı, soyadı, hansı bölmədən aparıldıqları haqda ətraflı məlumat almazdı.
Cənab Kravçenko O günü məlumat yayıb müəyyən qisim əhalini ittiham edirdin ki, guya onlar "əsassız"çağırış verməklə TTY nin işinə mane olurlar (?!?)
İndi deyin görək "əsassız"yaradan Sizsiniz,yoxsa poliklinikadan 10_15km məsafədə yaşayan sahə həkiminin gəlməməsini görüb məcburən TTY çağıran Həsənağa dayı??
Onu deyim ki, TTY -də əməkhaqqları mövcud qanunvericiliyə uyğun şəkildə verilmir,Əmək Məcəlləsinin 61 62,164,165-cimaddələrinə əməl edilmədiyindən hər ay həkimlərin, sürücü və tibb bacılarının təxminən 20-25 faizi kəsilir.
Qəti şəkildə deyə bilərəm ki, təcili tibbi yardımda baş verən neqativ halların əksəriyyəti qeyri -RASİONAL VƏ HÜQUQA SÖYKƏNMƏYƏN İDARƏETMƏDƏN qaynaqlanır
Sonra da deyirlər "skoro"çox gec gəldi......
Faiq Məmmədli, həkim ekspert

