SƏHİYYƏDƏ İSLAHAT APARILIRMI?.. SƏHİYYƏDƏ REGİONAL UYĞUNSUZLUQ SİNDROMU???!!..
25-09-2026, 00:01

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov və komitə üzvü Pərvanə Vəliyeva səhiyyə sahəsində aparılan islahatlar və bəzi problemlərdən danışıblar, fəqət səhiyyənin inkişafını. sürətli "effektiv liyə"daşıyacaq əsas islahatlardan və ciddi problemlərdən nədənsə söhbət açmayıblar.
Heç gördünüzmü həm adıçəkilən millət vəkilləri,həm də digər deputatlar səhiyyənin inkişafının əsas prioriteti olan adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərclərindən və əhalinin sağlamlığının qorunması sahəsində mənfi təsirə malik səhiyyənin bazar iqtisadiyyatından uzaq tutulması haqqında danışsınlar.
Halbuki, dünyada O ölkələr səhiyyədə normal inkişaf edir ki, onun milli gəliri yaradanların sağlamlığına ayırdığı vəsait yetərincə olsun, yəni adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri,bir də tibbi xidmətin qiyməti Türkiyədə olduğu kimi mülkiyyət formasından asılı olmayaraq dövlət tərəfindən tənzimlənsin.
Tibbi qiymətlər əksər ölkələrdə olduğu kimi minimum əmək haqqı nəzərə alınaraq müəyyən edilməlidir, məsələn m.ə.haqqı 400 manatdırsa onun 17faizi (bu əksər ölkələrdə tibbi qiymətlər üçün kriteriyalar 17-25 faiz) doğuşda 62manat, rentgen,USM üçün cəmi 5-6 manat olmalıdır.
Yoxsa normal fizioloji doğuş nəyə görə 3000-3500 manat olmalıdır!?!?!?
Məgər bizim çoxumuz doğulanda rayonda bu "fəaliyyət"üçün bir "Qaz", yaxud bir "Toyuq verməyiblər?!?
Dünya təcrübəsini nəzərə alaraq səhiyyə də aşağıdakı islahatları aparmadan fikirimcə çox şeyə nail olmaq çətin olacaq.
1-Adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri yetəri qədər artırılmalıdır. R.Mahmudov İTV də suala cavab olaraq bu barədə belə demişdi: Almaniya və digər Avropa ölkələrində bu göstərici 5-6 min avro, Azərbaycanda isə 400manatdır.
Qeyd edim ki,bu rəqəm Almaniyada 5500dollar, əksər Avropa ölkələrində isə 3-6min dollar arasında dəyişir.
Dünya təcrübəsini nəzərə alaraq səhiyyə də aşağıdakı islahatları aparmadan fikirimcə çox şeyə nail olmaq çətin olacaq.
1-Adambaşına düşən səhiyyə xərcləri yetəri qədər artırılmalıdır, yoxsa islahatların aparılması uğurlu ola bilməz.Obrazlı desək siz nə qədər islahatlar aparsanız,ən peşəkar həkimi müdir qoysanız da təcili yardım maşının yanacağı azdırsa, yaxud "zapaskası"yoxdursa o ola bilər ki,ünvana çağırışa getsin, ancaq xəstə ni xəstəxanaya apara bilmək üçün yanındakılardan benzin pulu istəyəcək.Elə indi də xəstələr əksər hallarda ailə büdcəsi hesabına normal sağalırlar.
2-Sığortaolunanlara yaşıl kart -icbari tibbi sığorta kartları veriməli , bununla maliyyə sərəncam hüququ TƏBİB -dən alınmalı pasiyentlərə ötürülməlidir.
3-Tibb işçilərinin maaşı Tibbi Sığorta fondundan asılı olmayaraq Vahid TARİF Cədvəlinə uyğun olaraq verilsə, həkimlərə Vahid aylıq bonus sistemi tətbiq edilsə xidmət keyfiyyəti və əlçatanlq xeyli arta bilər.
4-Tibbi xidməin qiymətləri minimum əmək haqqı nəzərə alınaraq"Qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin siyahısı"daxil edilməlidir.
5-Səhiyyə qanunvericiliyi təkmilləşdiriməli,"Pasiyentlərin hüquqları haqqında" və"Tibb işçilərinin vəzifə borcları, hüquq və məsuliyyətləri haqqında"ayrıca yeni qanunlar qəbul edilməlidir.
6-Bir ildə dərmanların və tibbi avadanlıqların alınması üçün idxala təxminən 1,5 milyard manat pul xərclənir.Ona görə də ölkəmizdə milli əczaçılıq kompleksi və tibbi texnika sənayesi yaradılmalıdır.
7-Ali tibbi təhsil mükəmməl olmalı,bu haqda mövcud hüquqi normativ aktlarda dəyişikliklər edilməlidir.
Bəs,Siz nə deyərdiniz?
Faiq Memmedli,həkim ekspert
TEREF

