BAZARDAKI PENDİR ÇƏKƏN TƏRƏZİ VƏ SƏHİYYƏ NAZİRLİYİ,TƏBİBDƏKİ RENTGEN APARATI,UZİ,EKQ,KT,LABORATORİYA CİHAZLAR BİR DƏ SANATORİYALARDAKI FİZİOTERAPEVTİK APARATLAR.

24-09-2026, 00:10           
BAZARDAKI PENDİR ÇƏKƏN TƏRƏZİ VƏ SƏHİYYƏ NAZİRLİYİ,TƏBİBDƏKİ RENTGEN APARATI,UZİ,EKQ,KT,LABORATORİYA CİHAZLAR BİR DƏ SANATORİYALARDAKI FİZİOTERAPEVTİK APARATLAR.
Deyəcəksiniz bunların bir biri ilə nə əlaqəsi??!?
Məsələ ondadır ki,bazarda pendir çəkən tərəzinin altında formal olsa da düzgünlük möhürü var, çox vaxt da alınan malın dəqiqliyinə fikir veririk, ancaq təəssüf ki, həkim təzyiqi ölçəndə, yaxud rentgenə düşəndə "düzgünlük möhürü nə"fikir vermirik.Halbuki, Ölkəmizdə 20 minə qədər tibbi avadanlıqlar hər il yoxlamadan,kalibrasiyadan keçirilməlidir.Eyni zamanda bir ildə 800-850 milyon manatlıq idxal olunan Tibbi texnika İSo -13485,MDR (Tibbi Cihazların tənzimlənməsi) standartlara cavab verməli və uyğunluq sertifikatı olmadan istifadə edilməməlidir.Türkiyə Avropa Birliyinə daxil olmaq istərkən onun qarşısında bu öhdəliklər də qoyulmuşdu.
Bəs ölkəmizdə bu iş nə yerdədir,onları kim ölçür, hansı qurum nəzarət edir???Başqa sözlə funksional müayinə və müalicəyə borc alıb verdiyimiz pulla biz düzgün müalicəyə Nail ola bilikmi???Şəxsən mən işlədiyim və rəhbərlik etdiyim TTY bölməsində 2024-cü ilə qədər bu işin şahidi və iştirakçısı olmamışam, baxmayaraq ki Baş İdarədən bunu tələb edirdim.
İstehlakçıların hüquqlarının müdafiəsi təşkilatı iddia edir ki, yoxlamalar aparılmır,aparılsa da saxtakarlığa yol verilir.
Sağlamlıq üçün çox mühüm məsələni Metrologiya institutu aparmalı, İqtisadiyyat nazirliyinin Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti xidməti isə müntəzəm olaraq nəzarəti həyata keçirməlidir.
BU sahədə müasir ölçü cihazları və mütəxəssisləri varmı? BU başqa mövzudur
P.S.Mən bir müddət əvvəl rəngi tam oxşayan üzüm sirkəsini sidiyin yerinə vermişdim, cavabında çoxsayda mikrob tapmışdılar.
Bilirdim ki, laboratoriya cihazları və reaktivlər köhnədir.
Faiq Memmedli, həkim ekspert
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]