Yasamalda MİDA binalarının həyəti su altında qaldı - Avtomobillərə ziyan dəyib - VİDİEO ​​​​​​​

9-09-2026, 00:04           
Yasamalda MİDA binalarının həyəti su altında qaldı - Avtomobillərə ziyan dəyib - VİDİEO ​​​​​​​
Ötən gün yağan yağışın fəsadları paytaxtın bir sıra ərazilərində özünü göstərməkdə davam edir.

Bizimesr.media bildirir ki, Bakının Yasamal rayonunda yerləşən MİDA-nın Yasamal Yaşayış Kompleksinin həyətində qısa müddət davam edən yağışdan sonra ciddi su yığılması baş verib. Nəticədə kompleksin ərazisində saxlanılan onlarla avtomobil suyun içində qalıb.

Görüntülərdən ərazidə yağış sularının normal şəkildə kənarlaşdırılmasında problem olduğu görünür.

Maraqlıdır ki, bu, Yasamal Yaşayış Kompleksində ilk belə hal deyil. Əvvəlki yağışlardan sonra kompleksin ərazisinin su altında qalması ilə bağlı məlumatlar yayılmışdı. Həmin vaxt MİDA ərazinin yaxınlığındakı məişət və yağış kanalizasiya xətlərinin tutulması, həmçinin intensiv yağış və ərazinin relyefi səbəbindən suların kompleksə istiqamətləndiyini bildirmişdi.

İndi isə eyni problemin yenidən müşahidə olunması həmin infrastrukturun yağıntılar zamanı nə dərəcədə işlək vəziyyətdə olması məsələsini gündəmə gətirir.

Sakinlərin və avtomobil sahiblərinin üzləşdiyi mənzərə isə ortadadır - bir neçə dəqiqəlik yağışdan sonra yaşayış kompleksinin həyətində avtomobillər su altında qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]