2 manatlıq giriş, antisanitar mənzərə: İstirahət məkanında tullantılar suya səpələnib - VIDEO+FOTO

7-09-2026, 00:02           
2 manatlıq giriş, antisanitar mənzərə:
2 manatlıq giriş, antisanitar mənzərə: İstirahət məkanında tullantılar suya səpələnib - VIDEO+FOTO
İsmayıllıda istirahət məkanı kimi tanınan Aşıq Bayramlı gölündə vəziyyət narazılıq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə gölün ətrafının tullantılarla çirkləndiyi, suda isə ölmüş balıqların olduğu görünür. Gölə girişin pullu olduğu, buna baxmayaraq ərazidə təmizlik işlərinin aparılmadığı bildirilir.

Ekologiya.az-a daxil olan məlumata görə, hətta Aşıq Bayramlı gölü qanuni su anbarıdır. Bu isə su anbarının istirahət və rekreasiya məqsədilə istifadəsi ilə bağlı suallar yaradır.Bəs su anbarı kimi istifadə olunan ərazidə istirahət mərkəzinin fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

İddialara görə, gölün ərazisinə giriş üçün hər nəfərdən 2 manat ödəniş alınır. Lakin bu ödənişə baxmayaraq, ərazidə lazımi təmizlik və qulluq işləri aparılmır. Sahilə müxtəlif tullantıların atıldığı, suda isə ölmüş balıqların göründüyü bildirilir. Həmçinin göldə iri və xırdabuynuzlu heyvanların çimdiyi də qeyd olunur.

İstirahətçilər xüsusilə katerlə gəzinti zamanı ərazidən yayılan kəskin qoxunun ciddi narahatlıq yaratdığını deyirlər.

Qeyd edək ki, bu ərazi İsmayıllı rayonu 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidmət ərazisinə daxildir. Maraqlıdır, xidmət ərazisində yerləşən iaşə, istirahət və rekreasiya mərkəzlərində ekoloji vəziyyətə nəzarət hansı səviyyədə həyata keçirilir?

Son olaraq isə , aidiyyəti qurumlar tərəfindən məsələyə münasibət bildirildiyi təqdirdə, verilən cavabları dərc etməyə hazırıq.

İnanırıq ki, aidiyyəti qurumlar Aşıq Bayramlı gölündəki vəziyyətə diqqət yetirəcək və ərazidə ekoloji tələblərin qorunması istiqamətində müvafiq tədbirlər görüləcək.

Mövzunu diqqətdə saxlayacağıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]