Naxçıvanda “Şərq Travel” şirkəti qanunları heçə sayır - Öz qanunları var deyəsən...

3-09-2026, 08:28           
Naxçıvanda “Şərq Travel” şirkəti qanunları heçə sayır - Öz qanunları var deyəsən...
Neçə vaxtdır Naxçıvanı elə mədh edirdiniz ki, sanki Azərbaycanın Norveçindən danışırdınız. Həqiqətdə isə Naxçıvan hələ də nuh əyyamından qalma “qanunlar”la idarə olunur. Məsələn, o boyda Muxtar Respublikada sənədlər hələ də elektronlaşmayıb, oradakı evlərin Çıxarışları (kupça) sistemdə görünmür, Naxçıvan qeydiyyatında olan şəxsin Bakıda ASAN xidmətdə hansısa əməliyyatı həyata keçirməsi üçün Naxçıvandan sənədin əsli gəlməlidir, karqo da sanki Çindən gəlirmiş kimi günlər çəkir.
TEREF yazır ki, bunu xanım jurnalist Rumiyye Miraslan öz sosial şəbəkə səhifəsində yazıb. Xanım daha sonra yazır:
Ən iyrənc mənzərə isə Türkiyə-Naxçıvan arasında sərnişin daşınması zamanı baş verir. Belə ki, bir dəstə qolçomaq Naxçıvana keçən Türkiyə vətəndaşlarından vergi adı ilə xərac alırlar. Deməli, Türkiyədən qonaqlarımız gəlib, “Şərq Travel” adlı bir şirkət bunları taksiyə yönləndirib, hamının 20-25 manata getdiyi yol üçün bunlardan 40 manat pul istəyiblər adambaşına, uşaqlar tələbə olduqlarını bildirəndən sonra minnətlə 35-ə razılaşıblar. İndi qayıtmağa hazırlaşırıq, mən özüm Naxçıvandan Iğdıra daha münasib qiymətə taksi danışmışam. Bu gün həmin qolçomaqlar qonaqlara zəng edib, başqa maşınla qayıdacaqlarını öyrənib, başlayıblar uşaqlara hədə-qorxu gəlməyə. Başqa maşınla gedə bilməyəcəklərini, əks halda gömrükdə saxlanacaqlarını, Türkiyəyə buraxılmayacaqlarını deyiblər. Ardından da mənim danışdığım taksi sürücüsünü tapıblar, ona da hədə-qorxu gəliblər, adambaşına əlavə 10 manat həmin şirkətə ödəməyimizi tələb ediblər. Zəng vurmuşam özünü Şərq Travelin əməkdaşı kimi təqdim edən şəxsə, elə bilir tupoyam, deyir ki, bəs onlar üçün xətt açımışıq, vergi ödəmişik, bizimlə qayıtmağa məcburdular, əks halda sərhəddi keçə bilməyəcəklər. Görün nə qədər qudurublar ki, nə qanun sayırlar, nə qayda. Əl-qollarını sallayaraq hər adamdan azı 10 manat pul qamarlayırlar, nə dinən var, nə danışan.
Azərbaycandövlətsərhədxidməti -nin bu qolçomaqlardan xəbəri varmı görən? Naxçıvan da nə zamana qədər yazılmamış qanunlar hökm sürəcək? Quru sərhədlər nə zamana qədər bağla qalacaq, normal gediş-gəliş nə zaman bərpa olunacaq? Suallar girdabında suala döndük axı…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]