Gəncədə yaşıl "soyqırım" - 12 iri gövdəli ağacların kəsilib? İDDİA - FOTO/VİDEO

28-08-2026, 08:47           
Gəncədə yaşıl "soyqırım" - 12 iri gövdəli ağacların kəsilib? İDDİA - FOTO/VİDEO
Gəncə Şəhər Fikrət Əmirov Parkında 12 iri gövdəli ağacların kəsilməsi qeydə alınıbdır. Gəncə Regional Ekologiya İdarəsi bilərəkdən göz yumur.
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirliyi niyə sudur?

Gəncə Şəhər Fikrət Əmirov parkında müxtəlif hissələrində çoxsaylı ağacların məhv edildiyi əks olunub.
TEREF yazır ki, Gəncə şəhərindən poçtumuza göndərilən məqalə müəllifinin iddiaasıdır. Müəllif iddiasını foto və video materiallarla aşağıda əyani şəkildə göstərir. Daha sonra müəllif yazır:
İddialara görə, ağacların bir hissəsi parkın əsas giriş hissəsində, eləcə də parkın hər iki hissəsində kəsilib. Görüntülərdən məlum olur ki, parkın daxili ərazisində yerləşən ağaclar da mişarla məhv edilir.

Məlumatlarda ümumilikdə 12 ağacın kəsildiyi bildirilir. Ən diqqətçəkən məqam isə ərazidə əsasən yaşıl və sağlam ağacların kəsilməsidir. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur.

Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə dövlət Gəncə Şəhərində ən böyük parkın ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə hələlik məlum deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də hadisəyə münasibət bildirməməsi diqqət çəkir.

Xatırladaq ki, qanunvericiliyə əsasən ağacların qanunsuz kəsilməsi inzibati və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.
TEREF olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik!



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]