NƏHƏNGİN ANIM GÜNÜDÜDÜR

19-11-2026, 11:18           
NƏHƏNGİN ANIM GÜNÜDÜDÜR
Söhbət atomun ilk kvant modelini kəşf edən böyük fizik Nils Bordan (1885-1962) gedir. A. Eynşteyn yazırdı ki, şübhə etmədən Boru bizim əsrimizin ən ağıllı elm adamı hesab etmək olar. Onun kəşfi Atom nəzəriyyəsinin inkişafının yeni epoxasının əsasını qoydu: radioaktivlik, optik və elektromaqnit hadisələrinin tədqiqatının nəticələrini birləşdirdi. İkinci dünya müharibəsindən sonra böyük fizik ABŞ prezidenti Ruzvelt və İngiltərənin baş naziri Çörçillə görüşmüşdü. Onları inandırmağa çalışmışdı ki, yeni silah məsələsində Sovit İttifaqı ilə danışıqlarda açıq olsunlar. Hətta təkid etmişdi ki, müharibədən sonra silahlara nəzarəti gücləndirsinlər. Lakin onun təşəbbüsləri nəticəsiz qalmışdı.
Albert Eynşteynin Nils Borla maraqlı mübahisəsi elm tarixinə düşüb: "1930-cu ildə Brüsseldə 6-cı Solvev konqresində Eynşteyn Kvant nəzəriyyəsini gətirdiyi arqumentlərlə kəskin tənqid edir. Nils Bor isə onun arqumentlərini alt-üst edir. Eynşteyn "Allah aşıq-aşıq oynamır" məşhur ifadəsini dönə- dönə söyləyəndə Bor özündən çıxır və əsəbi şəkildə deyir: "Allaha yol göstərməkdən əl çəkin!"
Nils Borun böyük fizik Qamovla bu əhvalatı da çox maraqlıdır:
Astrofizikada “”Qaynar kainat” nəzəriyyəsinin müəllifi Georqiy Qamov belə bir fərziyyə irəli sürürdü ki, Günəş, enerjini Heliumun nüvəsindəki protonların birləşməsi hesabına alır və bunu işdə həmin dövrün nəhəng fiziki Nobel mükafatı laureatı Nils Bora izah etmək istəyir. Bu məqsədlə iki uşaq tapançası alır: birini Bora verir, digərini isə belinə bağlayır. Diskussya zamanı cəhd edir ki, Nils Bora “atəş” açsın. Ancaq nə faydası, Bor birinci silaha əl atır və deyir: “Şərə psixoloji baryeri aşmaq üçün saniyənin yarısı qədər vaxt lazımdır, ancaq xeyirin vicdanı təmizdir və lazım olan anda atəş açır”.
P.S. Nils Bor 1922-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görüldükdən 53 il sonra oğlu Oqe Bor həmin sahə üzrə mükafatı qazandı.
Etibar Əliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]