Belə müəllimlər də olub…
20-11-2026, 17:14

Avropalılar üçün Hindistana dəniz yolunu kəşf edən, müsəlmanlara qarşı görünməmiş vəhşiliklər törədən Vasko da Qamanın bələdçisi Əhməd ibn Məcid təxminən 1440-cı ildə Omanın Culfa şəhərində doğulmuşdu. Əcdadları bir neçə nəsli dənizçi olmuşdu, atası və babası isə müəllim rütbəsinə (yəni gəmi kapitanı) sahib idilər. Şahzadə Mahmud Şahın fərmanı ilə tərtib edilmiş Malakka Krallığının dəniz qanunvericiliyində deyilir: "Əgər bir müəllim gəmini idarə etməkdə səhlənkarlıqda günahkar bilinərsə və nəticədə gəmi qəzaya uğrayarsa, o, ölümə məhkumdur. Müəllimin vəzifəsi küləkləri, cərəyanları, ay və ulduzların hərəkətini, fəsilləri, mussonları, körfəz və sahilləri, adaları, mərcan dayazlıqlarını, girişləri və keçidləri, boş sahilləri, təpələri və dağları diqqətlə öyrənməkdən ibarətdir. Bu obyektlərin hər biri ona tanış olmalıdır ki, heyət dənizdə və quruda təhlükəsiz olsun."
Эльдар Тагиев
TEREF

