Müharibə azərbaycanlılardan çox şey aldı...

20-11-2026, 12:14           
Müharibə azərbaycanlılardan çox şey aldı...
Son 250 ildə Azərbaycan xalqına vurulmuş ağır zərbələr:
Nadir Şahın yatdığı yerdə öldürülməsindən sonra ərazilərimizin xanlıqlara parçalanması (1747-ci il);
Araz çayının şimal hissəsindəki ərazilərimizin (indiki Azərbaycan Respublikasının ərazisi) 1813-28, 1920-ci illərdə ruslar tərəfindən yenidən işğal olunması;
1905-07-ci il soyqırımında ermənilər tərəfindən öldürülən azərbaycanlılar: 3 mindən çox;
1918-ci ilin Mart soyqırımında ermənilər tərəfindən öldürülən azərbaycanlılar: 300 mindən çox;
1920-21-ci illərdə (sovet işğalı ərəfəsində) öldürülənlər: 48 min nəfər;
1937-38-ci illərin Stalin repressiyalarında öldürülən azərbaycanlılar: 100 mindən çox;
1941-45-ci illər müharibəsində həlak olan azərbaycanlılar : 320 mindən çox;
1948-53-cü illərin deportasiyasında Qərbi Azərbaycandan, Zəngəzur və Dərələyəzdən qovulanlar: 100 mindən çox;
1988-92-ci illərdə Zəngəzur-Dərələyəzdən qovulanlar: 100 mindən çox;
1990-cı il 20 yanvar hadisələrində şəhid olanlar: 150-dən çox;
1992-ci ildə Xocalıda soyqırıma məruz qalanlar: 613 nəfər;
Birinci Qarabağ Müharibəsində şəhid olanlar: 10 mindən çox;
İkinci Qarabağ Müharibəsində şəhid olanlar: 3 mindən çox.
Bundan başqa Azərbaycanın Dərbənd, Borçalı, Qarayazı, İrəvan, Zəngəzur adlanan böyük əraziləri əlimizdən alınmış, Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, minalarla çirkləndirilmiş, Naxçıvan blokadaya alınmışdır.
Bunların nəticəsidir ki, vaxtilə 3 milyon kv. km-dən çox ərazini idarə etmiş xalq indi 86,6 min kv. km-ə sıxışdırılmışdır. Nəticədə azərbaycanlıların yayıldığı və idarə etdiyi coğrafiya xeyli kiçilmişdir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Azərbaycanlıların səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]