Dostoyevskinin həyatını dəyişən hadisə bilirsiniz nə olub?
20-11-2026, 11:04

Özünün edam səhnəsi...
Çarın zülmü dövründə dostları ilə söhbət qrupu yaradıb. Buna görə də həbs olunub. 28 yaşında. O, ölüm hökmü ilə mühakimə olunub.
O, gecə saatlarında məhkəmənin nəticəsini gözləyən zaman, kameradan çıxarılaraq aparılıb. Ölüm hökmü onun üzünə oxunub. Kahin onu etiraf etməyə məcbur edib. Onu gözləri bağlı toplanmış quru odunların üzərinə çıxarıb, dirəyə bağlayırlar.
Məhkum “yandırılsın!” əmrini gözləyərkən, əsl qərardan xəbərdar olub...
Əslində məhkəmə onu 8 il həbs cəzasına məhkum etsə də, çar onu 4 ilə endirmişdir; Amma ona dərs olsun deyə, belə bir səhnə nümayişi nəzərdə tutulmuşdu.
Beləliklə, Dostayevski ilk dəfə “ölüm”lə üzbəüz qarşılaşıb; Ancaq, bu acınacaqlı oyunda, onun həqiqətən kəşf etdiyi “həyat” oldu.
Stefan Zveiqin dediyinə görə, 4 il sonra Dostayevskinin yaralı barmaqlarının zəncirlərini çıxaranda, onun səhhəti şox pisləşmişdi, şöhrəti yoxa çıxmışdı, ancaq onun sümükləri qırılmış bədənindən həmişəkindən daha parlaq fışqıran yalnız bir şey var idi;
Yaşamaq sevinci…
“Mən hündür və sıldırım bir qayalıqda, yalnız iki ayağımın sığacağı dar bir çınqıllıqda, qayalarla, okeanlarla əhatə olunmuş, sonsuz bir gecə, sonsuz bir tənhalıq və bitməyən fırtına ilə yaşamaq məcburiyyətində olsaydım belə yaşayardım. Bütün ömrüm boyu bir yerdə, min il, hətta sonsuza qədər torpaqda dayanmalı olsam da; Yarım saat sonra ölməkdənsə, indiki halımla belə Yaşamaq daha yaxşıdır.
Dostoyevskinin “Cinayət və cəza” kitabının personajı Raskolnikovun dediyi sözlər belə idi.
Əslində bu, Dostoyevskinin edam zamanı yaşadıqlarının çatdırıldığı bir mətndir.
Vəziyyəti ən yaxşı təsvir edən daha bir cümlə də Nitsşenindir;
Həyatını itirəcəyinin acısını yaşayanlar, ölümə daha yaxın olanlar, bunu – YAŞAMAQ EŞQİNİ - daha yaxşı dərk edir”.
Есмира Шукурова
TEREF

