500 il türkün imperiyası dövrü ərəb türkləşmədi, türk ərəbləşdi

13-11-2026, 15:14           
500 il türkün imperiyası dövrü ərəb türkləşmədi, türk ərəbləşdi
Mən bir ərəb görmədim ki, dinin təsirinə uyub, ağlını oğurlatdırıb fanatikləşsin. Onlar bu dinə öz milli, maddi, mənəvi mənfəətləri timsalında yanaşırlar. Çünki, bu din onların toparlanması, dövlət qurması, dövlət konstitusiyası və digər millət, xalqları təsiri altına salma funksiyasını daşıyıb, yəni xidmətində olub. Onlar dinin əsiri yox, sahibi qismindədir dini mühitin ağası kimi.
Bu dininsə təsirinə düşüb, əsiri olan, tənzimilə ağlayan-gülən, özünü həlak, təbii milli kimliyini gözübağlı həkk edən yalnız, farslar və təəssüf ki, bizim türklərdir. Ərəb bizə daş satır, biz daşı "şeytana" atırıq, ərəbin uydurduğu mifə, nağıla. Təbii ki, ərəb baxır gülür, bizi sevmir, bəyənmir.
Qoy bunu danışım, yerinə düşür. Bir ara alman dili kursuna getdim. Bir suriyalı oğlan vardı və tərbiyəli, mərifət davranışlı. Mənə yaxınlıq edib danışdı ki, 6 il valideynli, uşaqlı müharibə vaxtı Türkiyəyə qaçıb yaşayıblar, oradan da, qayıqla Avropa, Almaniyaya keçib yerləşmişlər. Bir gün kursdakı milli məsələ söhbətində, birdən-birə müəlliməyə qayıt ki, türklər çox geri qalmış və barmağının küncünü də arxasındakı divara vur de ki, bax bu cür kütbeyindirlər... Müəllimə şok oldu, qayıtdı ki, bu nə sözdür, düşünmürsən ki, burada türk ola bilər?! Ərəb tutuldu, dedi, kim var ki, burada türk? Müəllimə məni göstərdi. O da qaylt ki, o Azərbaycanlıdır axı. Dedim oğlan, əvvəla, azərbaycanlı elə əsil türkdür. İkincisi də çox vicdansız adamsan, nəsilli-köklü Türkiyəyə qaçıb, pənah aparıb, 6 il yardım alıb, yeyib-içib bura gəlmisiniz, türklərin arxasınca danışırsan. Burda, cavansan daha da sərt cavab vermirəm, amma, bu Frankfurt bölgəsində türk hər yerdə çoxdur, ehtiyatlı ol, bu cür alçaq söhbətini bilib leşini atarlar, ömürlük şikəst olarsan... Qızardı, bilmədi nə etsin, pis oldu. Üzr istədi. Sevmirlər türkü. Tam olan söhbətdir. İlk rast gəlmirəm ki.
Az əvvəlki statuslarımdan birində yazmışdım, ki, lap professor fizik-gibernetik olsa, şeytana daş atma qədər ona inanırsa, müəyyən qədər də olsa reallıq məntiqini itirir, sanki ovsunlanır. Indi, dediyimə də əlavə edirəm, nəinki, türkün professoru, hətta, ən məşhur siyasətçisi də, o cür! Dindarlaşan türk, ərəbdən çox müsəlman olmaq istəyir. Nəticədə türkün qılıncını dini ilə qırdı ərəb: 500 il türkün imperiyası dövrü ərəb türkləşmədi, türk ərəbləşdi. Milli ruhunu verib.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]