Üzeyir bəy yazırdı ki: "Rəsulzadə bu bayraq endirilməz dedikdə başımın tükləri biz-biz durdu"
18-11-2026, 07:54
“Parlamanımız açıldı, gördük, Fətəli Xan (Xoyski- red.)doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi. "Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü Məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu. Məhəmməd Əmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı. Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”. Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endirilməz!” - dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”. Üzeyir bəy Hacıbəyli Azərbaycan Tarixi