Sokratın zəhlətökən insanlarla rəftar etmək üsulu var idi
16-11-2026, 07:54

Mübahisə zamanı qarşı tərəfin haqlı olduğunu sübut etmək üçün, qışqırması başınıza gəlibmi? Bundan daha dözülməz bir şey yoxdur, elə deyilmi?
Bir gün Sokrata bir adam hücum edir. O, kobud və mədəniyyətsiz bir adam idi, pis sözlərlə onu təhqir edir və ona şillə vurmağa qədər irəliləyir.
Bu gün də ətrafımızda belə insanlar çoxdur... Fikirlərini necə təqdim edəcəyini bilməyəndə aqressiv olurlar. Yalanlarının doğruluğuna inandırmaq üçün, səslərini başlarına alıb, bağırırlar.
Bəs Sokrat həm o azğına necə reaksiya verdi? Heç nə etmədi! Qışqırmadı, şiddətlə cavab vermədi, heç nə.
Tələbələrindən biri Sokratın davranışını gördükdə, marağını gizlədə bilmədi. Böyük filosof ona belə cavab verir: "Məni eşşək təpikləsəydi, onu məhkəməyə verərdimmi?"
Sokrat bizə nə öyrədir? Ağıllı insan heç vaxt axmaq səviyyəsinə enməməlidir.
Bəzən susmaq ən zərif və ən mədəni cavabdır. "Zəriflik”, Eleqantlıq sözü latınca "eliqere" sözündəndir, təsadüfən deyil, seçmək/ayrılmaq deməkdir.
Bu nə deməkdir? Bu o deməkdir ki, zərif, eleqant insan brend paltar geyən və ya bahalı əşyalara sahib olan deyil, necə davranacağını, nə vaxt danışacağını və nə zaman susacağını biləndir.
Есмира Шукурова
TEREF

