“Azərbaycan türklərinin bütün davranışlarında nəcib qürur, hörmət, təmkin və ehtiyatlılıq görünürdü."

16-11-2026, 08:54           
“Azərbaycan türklərinin bütün davranışlarında nəcib qürur, hörmət, təmkin və ehtiyatlılıq görünürdü."
“Azərbaycan türklərinin bütün davranışlarında nəcib qürur, hörmət, təmkin və ehtiyatlılıq görünürdü. Onlar fiziki cəhətdən çox yaxşı formalaşıblar, Zaqafqaziyada sıx yaşayan, xüsusi önəm kəsb edən xalqdılar, sayları da çoxdur. Həyat tərzində sadə, qənaətcil, hədsiz dərəcədə zərif və qonaqpərvərdirlər. Türklər çox yaxşı at çapırlar deyə əksəriyyətinin çiyni enlidir, onlar yazı da yaza bilir, zadəganları hətta Quranı daha dərindən dərk etməyə və qeyri-dini elmi biliklərə yiyələnmək imkanına sahibdirlər. Ona görə də bir çoxları ana dillərindən başqa ərəb və fars dillərini də başa düşür və danışır. Türklər ticarətdə də etibarlıdır, onlar çalışqan, bir sənətkar kimi həvəsli və bacarlıqlı, diqqətli və dözümlüdür. Onlarda heç bir aldatma, bədxahlıq, pis niyyət yoxdur. Bu xalq insanın şərəf və ləyaqətini qoruyan qaydaları çox yaxşı bilir. Türk qadının çox yaxşı yuyunduğuna, zərif geyindiyinə və həyat sevgisi ilə dolu olduğuna mən də şahid oldum, onların pis və qəbahətli insan olmasını sübut edən heç bir ciddi səbəb tapmadım.
Onların qadınları yad adamlarla rastlaşanda başlarını örtürlər, bu mümkün olmadıqda isə, biz keçənə qədər üzlərini arxa tərəfə çevirirlər. Kəndlərdən kənarda yaşayan insanlar daha yumşaq idilər. Türk kişiləri yaxşı bilirlər ki, istəsələr eyni anda bir neçə qadınla evlənə bilərlər, amma əsl kişilər bir qayda olaraq ancaq bir qadınla evlənir.
Türklər arasında adət-ənənələri pozmaq nadir hallarda baş verir və baş verərsə, ciddi şəkildə cəzalandırılır. Onlar köçəri deyildir, daimi yaşayış yerləri var.Yeməkdən əvvəl və sonra əllərin yuyulmasına azərbaycanlılar tərəfindən daha ciddi riayət olunur. Türkün su qabından su içməyim, qeyri-müsəlman olduğum üçün bəzən mənə qadağan edilirdi, amma qədəhim həmişə doldurulardı. Türklərin xristianlara qarşı da tolerantlığı var.Musiqilərinə və oxumaqlarına gəlincə isə, deyə bilərəm ki, türklərin mahnı oxuması qədər mənə toxunan heç nə eşitməmişəm”.
Mənbə: Alexander Petzholdt, alman-rus mənşəli səyyah, aqronom, tədqiqatçı (1864). Der Kaukasus V1-2: Eine Naturhistorische So Wie Land Und Volkswirtschaftliche Studie, Ausgefuhrt Im Jahre 1863 Und 1864 (1866) (German Edition).
Qeyd: Orijinal mətndəki tatar sözü azərbaycan türkləri sözü ilə əvəz edilmişdir.
Şəkil: Azərbaycanlı ailə, 1900-cü illər.
Azərbaycanlıların səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]