2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov döyüş şəraitində

11-11-2026, 11:04           
2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov döyüş şəraitində
Bir neçə gün idi ki, bir yaşayış yeri üçün ağır
döyüşlər davam edirdi. Faşistlərin tank hücumlarının dalınca hava hücumları başladı. Komandir tankçılara əmr etdi ki, tanklardan çıxmasınlar. O özü də tankdan çıxmadı. Düşmənin bombardmançı təyyarələri üzərimizə şığadığı və dəhşətli partlayışlar yeri-göyü lərzəyə gətirdiyi bir zamanda komandir Aslanov həmişəki kimi sakit idi, radio vasitəsilə ciddi və qəti səslə əmrlər verirdi. Faşist tankları yenidən kəndə yaxınlaşdıqda toran qovuşurdu. Yadımda deyil, onlar onuncu, yoxsa on ikinci dəfə idi ki, hücum edirdilər. Tanklar bir-birlərindən aralı gələrək kəndə soxulmaq istəyirdilər. Tankın gözlüyündən qırxdan artıq düşmən tankının irəlilədiyini gördük. Komandirin əmri qısa idi: «İrəli, hücuma! Mən nə etsəm, siz də onu edin!» Biz qabağımızda Aslanovun tankını görürdük. Komandirin maşını məharətlə irəliləyərək, yol gedə-gedə düşməni əzir, sürətlə faşist tanklarına yaxınlaşırdı. Bu hücum son dərəcə qəzəbli və cəsarətli bir hücum idi. Biz təhlükə və düşmənin qüvvəsi ilə hesablaşmırdıq. Biz qabağımızda komandirin tankını görür və inanırdıq ki, o bizi qələbəyə doğru aparır. Biz qəzəblə, cəsarətlə, ehtirasla vuruşurduq. Almanlar bizim zərbəmizə tab gətirmədilər. Düşmən tankları geri döndülər. Cəsarətli hücumumuz tankçılarını qorxuya saldı. Aslanovun cinahlardan düşmənə bir-birinin ardınca vurduqları zərbələr almanları taqətdən və qüvvədən saldı. Nəticədə bu zərbələrimiz topçular və piyadalarla birlikdə tanklarımızın hücuma keçib düşmənin bir sıra istinad nöqtələrini tutmaq və geniş bir sahədə yeni hücum yolu açmaq imkanı verdi.
Həzi Aslanovun tankçılarından biri, qvardiya kiçik leytenantı V. Simonov
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]