ALP DAĞLARINDA YAŞAMIŞ SİVİL TÜRK RAETİKLƏR KİM OLUB?

11-11-2026, 10:14           
ALP DAĞLARINDA YAŞAMIŞ SİVİL TÜRK RAETİKLƏR KİM OLUB?
I. GİRİŞ
İndiyə qədər adı, mənbəyi, dili, mənşəyi elmə dəqiq bilinməyən RAETİK xalqının dilindəki təmiz türkcə səslənən mətnlər sübut edir ki, ədəbiyyatın da yazdığı kimi, "Etrusk mənşəlidir."
U xalq Yunanıstanın Atik yarımadasından əvvəlcə İtaliyanın qərbinə gəlib, orada ADRİ tayfası ilə birləşərək ATİK adlandırdığı ərazidə məskən salıb. Və u dənzin adı da bu iki "TÜRK QAÇQININ" şərəfinə ADRİATİK adlanıb. (Xəritələrə bax)
Gəlmə xalqın adı əslində PELASQ idi. Sonra o, yəqin ki, ən müxtəlif təzyiqlərin karı altında daha şimala, ALP dağlarının PO adlı vadisinə çəkilib, orada öz ömrünü yaşayıb.
...........................II. DAĞ VƏ XALQ ADLARININ ETNİK MƏĞZİ
Qərb tərəfdən Seltik dilində danışan xalqların (yaşarıları - Breton, Irish, Scottish, Gaelic and Welsh-Uels) ərazisinə dayanan PO vadisinə köç etmiş yeni etnosdan,
“ - Aya, a yetim, Siz kimlərsiz, kimlərdənsiniz, Ayriş`sizmi,
......Qaelik`sizimi? Aya bəlkə Uels`siniz?"
“Haralardan basıb buralara gəlmisiz?”
soruşanda o cavab verir:
“ – Biz AdriAtik dənizinin eyni adlı ərazisindən gələn Pelasq
..... Türkləriyiz, qadası.
" – Oraya isə yaxın babalarımız qədim Birinci (I) Pelasaqiyanın ATİK
......yarımadasından gəlmələr olublar.”
".- Orada binasını qoyduğumuz Atinna şəhərindən gəlmələrik."
“– Bir neçə il ADRİ*-ATİKDƏ yaşadıqdan sonra, sizin bu ALP (ƏZƏMƏT) dağı öz MƏĞRUR duruşu ilə bizi özünə cəlb etdi. Burada həyatımızın əsas mənbəyi mal-qara və qoyun-quzu üçün olmazın şərait var. Orada dəniz qırağında susuzluq və quraqlıqdır. Ac qalırıq.
Və qərara gəldik ki, buralara yeriyək.”
Bu söhbətdən yerli etnosların yaddaşında qalan yəqin ki, indiyə qədər hamıya yad olan, tamamilə özgə, eşitmədikləri, lakin həmahəng səslənən Türk dilindəki qəribə yer adlarından, yalnız, Adriatikin RAETİK hissəsi qalır.
Bir el ağsaqqalının təzə gəlmiş özgənin adının öz tayfası arasında bircə dəfə
" - Nə bilim, vallah, deyəsən, "Adretik" dedi, yoxsa bizim qonşular "Qaelikə" oxşar "Raetik" dedi, yoxsa nə?..
Gəlmələrlə ilk görüşə gəlmiş yerli Tayfa liderinin bircə tələffüzü bəsdi ki, şəxsin və ya təzə etnosun adı yayılsın və şüura yatsın.
Adının (RAETİK) etnik mənşəyi və dili məlum olmayan - ancaq
Alpa öz əlifbası ilə gəlmiş Pelasq xalqının niyə u zirvələrdə RAETİK şəklinə düşməsinə zənnimcə bundan məntiqli elm və tarixi izah ola bilməz.
Bir də dağı əzəmətinə, məğrurluğuna, cəsur və cübbəsinə görə verdikləri öz dillərindəki ALP sözü xoşlarına gəldi avropalıların.
O u an şüurlara işlədi:
“ – Ooo, sən demə biz Əzəmət dağında – ALP-da yaşayırmışıq!..”
Və onun axırına dillərinə xas olan bir “S (es)” səsi əlavə edib cəmləşdirdilər. Çünki soyuğuna, çovğununa, həmişəlik qarına dözərək, mal-qara, qoyun-quzu saxlamaq üçün yaşıl çəmənliklərinə, bol axar sularına, sərbəstliyinə, təhlükəsizliyinə sığışmış soyuq bənizli şimal avropalısı üçün daima Ağ Çalmalı dağ tək deyildi,
120 km-lik uzunluğunda Silsilə idi.
Bu adı öz əlavələri ilə - "S" səsi ilə rəsmləşdirsəydilər də, hələ bu günə qədər də ALP adı görünür dillərinə yatmır. Belə ki,
Germandilli regionda, dağa
........................................Horn, Kogel, Kopf, Gipfel, Spitze, Stock, Berq;
Fransadilli regionda, dağa
.......................................Mont, Pic, Tête, Pointe, Dent, Roche, Aiguille,
İtalyandilli regionda, ona,
........................................Monte, Picco, Corno, Punta, Pizzo və ya Cima deyirlər.
Mən olsaydım, soruşardım bütün bunlardan:
"-Atam balası, ALP`ın nəyi pisdi ki, bu tarixi yığcam addan imtina edirsiniz?
Və bu qədər əlavə təxəllüs və ya epitet uydurursunuz ona?
Axı qarnıızın dərdi nədir?"
Özləri səbəbin bilməsələr də (üstündən ən azı 3 min il ! keçib), mən özüm də cavab verərdim:
"- Heç nə, atam Usta Vəlinin balası Taryel müəllim,
ALP (ƏZƏMƏT, MƏĞRURLUQ, CÜRƏT, CƏSARƏT) bizim gendən dəyil !"
- Cannarı cəhənnəm, nə deyirlər, qoy desinlər.
Sən də içii yemə, Tariyel müəllim.
Onsuz da ALP Türk adı ən uca zirvə təki başı dikdir və 3 min ildir yaşayır !!"
.....................III. SON. ƏZƏMƏTLİ ETNOSUN KƏDƏLİ SONLUĞU
"Bir az bundan qabaq ayrıldıqları ETRUSK TÜRK qardaşlarını məhv edib, onların külü üstündə ucalan Roma imperiyası RAETİKİ də işğal edib, xalqını kölə şəklinə saldı. Bununla belə, uzun illər u ərazi bu adla Roma imperiyasının xəritəsində ayrıca vilayət qismində qeyd edilirdi."
deyə, yazır ədəbiyyat.
______________________________
Əsrimizə gəlib çatmış azsaylı RAETİK PELASQ TÜRK dilindən tərcümə etdiyim mətnlərdən nümunəni gələn dəfə.
Sizə nağıl danışmıram.
Pafos da göstərmirəm.
İndi uşaqları ərəbin başörtüyünə bürünməsini nizə ilə qarşılayan TÜRKÜN ALP kimi qədəim ƏZƏMƏTİNDƏN danışıram.
YAZILI TÜRK MƏTNLƏRİNƏ ƏSALANARAQ (Şəkil 2- gələn dəfə),
PAFOSSUZ DANIŞIRAM - ƏSKİ TÜRKİ YAZILARLA DANIŞIRAM...
Saxsı qabının boğazına Raetik türkünün əli ilə ilan təki dolaşmış Pelasq əlifbalı yazı (Şəkil 2) Oğuz türkcəsincədir.
Aça biləniz varsa, xoşbəxt olaram, buyurun, 2500 il əvvəl TÜRKÜN Avropaya meydan oxuduğu faktına kömək edin.
___________________________________
Şəkildə - ALPIN İtaliyaya baxan ən ŞƏSTLİ zirvələrindən biri.
Öz aramızdır, Kaliforniyadan Sietlə yol üstündə bax bu cür şəstlə dayanan və vaxtilə Hinduların adlandırdıqları "ŞASTA" dağı da diqqətimi daim cəlb edib.
Tariyel Azerturk
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]