Bəkir Çobanzadə 1937-ci ilin yanvar ayında Kislovodskda, dincəldiyi sanatoriyada həbs edilir və Bakıya gətirilir.

5-10-2026, 15:04           
Bəkir Çobanzadə 1937-ci ilin yanvar ayında Kislovodskda, dincəldiyi sanatoriyada həbs edilir və Bakıya gətirilir.
Bəs onu nədə ittiham edirdilər? Guya o, 1924-cü ildən sonra, yəni, Bakıda yaşadığı dövrdə əks-inqilabi millətçi fəaliyyətdə olub.
Əvvəla, 1926-cı ildə Krım "Milli firqəsi" Mərkəzi Komitəsi adından Müsavat Partiyası Mərkəzi Komitəsi ilə birgə iş barədə danışıqlar aparıb. İkincisi, Ruhulla Axundov guya Çobanzadə ilə sovet hökumətinə qarşı blokda əks-inqilabi trotskiçi təşkilatla birgə işin planları barədə sövdələşiblər. Üçüncüsü isə, sən demə Çobanzadə özünün ədəbi əsərlərində və mülahizələrində əks-inqilabçı, millətçi ideologiyanı geniş yayıb.
1937-ci il oktyabr ayının 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası keçirilir. İclas saat 11:20-də başlayır və 20 dəqiqə davam edir. Çobanzadə güllələnmə cəzasına məhkum olunur və məhkumun işinə cəzanın növbəti gün icra olunması barədə arayış tikilir.
Növbəti gün, təyin edilən vaxtda Bəkir Çobanzadə güllələnir. Onun məzarı belə yoxdur.
Bəkir Çobanzadə türk dünyasının görkəmli dilçisi, alim və mütəfəkkirlərindən biri idi. O, ömrünü türk dillərinin elmi tədqiqinə və milli mədəniyyətin inkişafına həsr etmişdi. Zəngin elmi irsinə baxmayaraq, 1937-ci il repressiyalarının qurbanı oldu.
Ən çox istinad olunan məlumatlara görə, o 17 dil bilirdi. Bu dillər arasında türk, Azərbaycan, krım tatarı, rus, ərəb, fars, alman, fransız, ingilis, macar, özbək, qazax, türkmən və digər türk dilləri var idi. Müasirləri onu "canlı ensiklopediya" adlandırırdılar. Allah rəhmət eləsin.
Gülnar Abbasova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]