Mehmandarovlar soyu Azərbaycanın qədim soylarından biridir.

3-10-2026, 12:54           
Mehmandarovlar soyu Azərbaycanın qədim soylarından biridir.
Soyun yaranması Mirzə Əli bəy Qarabağinin adı ilə bağlıdır. Qarabağ xanı İbrahimxəlil xanın dövründə Mirzə Əli bəy xanlıqda mehmandar vəzifəsində çalışırdı. "Mehman" - farsca "qonaq" deməkdir və Mirzə Əli bəy Qarabağinin də vəzifəsi xanın qonaqları ilə maraqlanmaq, onları qarşılamaq, yerləşdirmək, yola salmaq və s. idi. Mirzə Əli bəyin törəmələri sonralar bu səbəbdən Mehmandarov soyadını qəbul etmişlər. Ancaq digər bir versiyaya görə Mirzə Əli bəyin özü səxavətli və qonaqpərvər olduğu üçün bu soyun məhz Mehmandarov adlandırılması qərara alınmışdı.
Mehmandarovlar soyunun bir qolu sonralar Lənkəran şəhərində məskunlaşmışdır. Bu soyun bir sıra tanınmış nümayəndələri var. Kərim bəy Mehmandarov, Nağı bəy Mehmandarov, Səməd bəy Mehmandarov, Mustafa Mehmandarov və başqaları Mehmandarovlar soyununun tanınmış nümayəndələridir.
~Leyla
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]