Səddamın Toylardan Gəlin Qaçırıb Zorlayan Oğlu
1-10-2026, 07:54

Tarix boyu bir çox qəddar diktatorlar və onların varisləri olub. Lakin bəşər tarixində Səddam Hüseynin oğlu Uday Hüseyn kimi şeytanın belə ağlına gəlməyəcək vəhşiliklər törədən ikinci bir manyak olmayıb.
Onun üçün insan həyatının heç bir dəyəri yox idi. Siyasi rəqiblərini və ya sadəcə onu qəzəbləndirən təsadüfi vətəndaşları diri-diri turşu hovuzlarına atdırmaq, cəsədləri iz buraxmadan əritmək onun cəza metodlarından yalnız biri idi. Şəxsi zooparkında ac saxlanılmış aslanların və pələnglərin qəfəsinə insanları ataraq onların parçalanmasını şərab içərək izləmək Udayın gündəlik əyləncəsi sayılırdı.
Udayın ən dəhşətli və iyrənc cinayətləri qadınlara və azyaşlılara qarşı yönəlmişdi. O dövrdə Bağdadda heç bir ailə, heç bir ata öz qızının təhlükəsizliyinə əmin ola bilməzdi. O, istənilən toya xəbərsiz basqın edərək gəlinləri bəyin və qohumlarının gözü qarşısında silah zoru ilə qaçıran, onları sarayındakı xüsusi təcavüz otaqlarında günlərlə əsir saxlayan bir vəhşi idi.
O, məktəb qapılarında xüsusi adamlarına pusqu qurduraraq 12-13 yaşlı qızları zorla maşınlara basıb kütləvi eyş-işrət məclislərinə aparır, öz mülkiyyəti saydığı qadınların bədəninə qızmar dəmirlə "U" hərfi damğası vurdururdu. Bu rüsvayçılığa, fiziki və psixoloji işgəncələrə dözməyib canına qıyan, eyvanlardan atılan, səssizcə yoxa çıxarılan və ya şikayət etdiyi üçün ailəlikcə qətlə yetirilən minlərlə insan Udayın qurbanlarının yalnız bir hissəsi idi.
Atasının kölgəsində heç bir əxlaqi və ya qanuni sərhəd tanımayan Uday cəzasızlığın əbədi olacağını düşünürdü. Lakin tarix hər zaman eyni cümləni xatırladır: zülm heç vaxt sonsuzadək davam etmir. 2003-cü ildə Səddam rejiminin çöküşü təkcə hərbi və siyasi bir devriliş deyil, həm də onilliklər boyu göyə ucalan məzlumların, zorlanan gəlinlərin, övladı gözü qarşısında məhv edilən ataların ahının təcəllisi idi.
Bütün ömrü boyu özünü toxunulmaz, hər kəsdən üstün bir ilah kimi aparan Uday Hüseyn həyatının son saatlarını Mosulda bir villanın küncündə, qorxu və panika içində, mərmilərin altında darmadağın edilərək keçirdi. Onun və qardaşı Qusayın qanlı cəsədlərinin bütün dünyaya nümayiş etdirilməsi, daha sonra isə bütöv bir xalqı qorxu altında saxlayan atası Səddam Hüseynin mühakimə olunaraq dar ağacından asılması tarixin ən böyük ibrət dərslərindən biridir. Bu sonluq, qurduqları qorxu imperiyalarına və mütləq gücə güvənən bütün zalımlara bir mesajdır: Heç bir diktator və onun qaniçən varisi məzlumun ahından qaça bilməz.
Dr. Benjamin Karimov

